DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"TikTok" ötən il Azərbaycanda iki milyondan çox video silib

© AFP 2023 / MARTIN BUREAUTikTok
TikTok - Sputnik Azərbaycan, 1920, 01.04.2024
Abunə olmaq
Dünya üzrə isə dördüncü rübdə 176 461 963 video İcma Qaydalarının pozulması səbəbindən silinib.
BAKI, 1 aprel — Sputnik. "TikTok"platforması 2023-cü il ərzində Azərbaycanda İcma Qaydalarını pozan 2 071 243 video silib.
Bu barədə şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya Xidməti bildirib.
Bunların 903 min 041-i ötən ilin dördüncü rübündə silinib. Bu, 2023-cü ilin istənilən rübündə silinmiş videoların ən yüksək sayıdır. Silinmiş videoların ümumi sayının 98 %-i platforma tərəfindən proaktiv şəkildə silinib. Videoların 95,8 %-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.
Dünya üzrə isə dördüncü rübdə 176 461 963 video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, rüb ərzində "TikTok" tərəfindən silinən ən yüksək video sayıdır.
Silinmiş videoların 96,7 %-i proaktiv şəkildə silinib. Proaktiv silinmə videonun xəbər verilməzdən əvvəl müəyyən edilməsi və silinməsi deməkdir. Videoların 89,9 %-i yayımlandıqdan sonra 24 saat ərzində silinib. 8 012 732 canlı yayım isə qanun pozuntularına görə dayandırılıb.
Qeyd olunub ki, ötən il dünya üzrə 13 yaşdan kiçik 76 milyon 484 min 236 istifadəçi hesabı silinib.
Xəbər lenti
0