https://sputnik.az/20240401/tibb-universitetinin-rektoru-olkede-psixiatrlarin-azligindan-sikayetlenib-463634654.html
Tibb Universitetinin rektoru ölkədə psixiatrların azlığından şikayətlənib
Tibb Universitetinin rektoru ölkədə psixiatrların azlığından şikayətlənib
Sputnik Azərbaycan
Rektor bildirir ki, bu gün aqressiya, depressiya, panik atak hallarının gənclər arasında artması kifayət qədər həyəcanlı xəbərlərdir. 01.04.2024, Sputnik Azərbaycan
2024-04-01T13:38+0400
2024-04-01T13:38+0400
2024-04-01T13:59+0400
həkim
cəmiyyət
psixiatrik xəstəxana
baş psixiatr
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460910906_0:78:2121:1271_1920x0_80_0_0_66f141a31d6fda1509c0c946df85b06a.jpg
BAKI, 1 aprel — Sputnik. Bu gün dövlət tibb müəssisələrində 201 nəfər psixiatr çalışır. Əvvəllər bu rəqəm 533 idi. Bunu Tibb Universitetinin rektoru Gəray Gəraybəyli "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada deyib. O bildirib ki, bu gün aqressiya, depressiya, panik atak hallarının gənclər arasında artması kifayət qədər həyəcanlı xəbərlərdir. Onun sözlərinə görə, bir çox xəstəxanalarda xəstələr aylarla, illərlə qalır: "Qanunvericiliyə əsasən, üç həkimdən ibarət komissiya xəstənin qohumunun icazəsi olmadan da onu evə buraxa bilər. Amma həkimlər bunu edə bilmir. Çünki qohumlar həkimlərə hədə-qorxu gəlir. Həkimə deyirlər ki, o, bir hadisə törətsə, buna cavab verəcəksinizmi? Hətta onların pensiya kartlarını da özlərində saxlayırlar".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460910906_0:0:1885:1414_1920x0_80_0_0_a19a909cbcffbc26eb715615cb790783.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həkim, psixiatrik xəstəxana, baş psixiatr
həkim, psixiatrik xəstəxana, baş psixiatr
Tibb Universitetinin rektoru ölkədə psixiatrların azlığından şikayətlənib
13:38 01.04.2024 (Yenilənib: 13:59 01.04.2024) Rektor bildirir ki, bu gün aqressiya, depressiya, panik atak hallarının gənclər arasında artması kifayət qədər həyəcanlı xəbərlərdir.
BAKI, 1 aprel — Sputnik. Bu gün dövlət tibb müəssisələrində 201 nəfər psixiatr çalışır. Əvvəllər bu rəqəm 533 idi.
Bunu Tibb Universitetinin rektoru Gəray Gəraybəyli "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada deyib.
O bildirib ki, bu gün aqressiya, depressiya, panik atak hallarının gənclər arasında artması kifayət qədər həyəcanlı xəbərlərdir.
Onun sözlərinə görə, bir çox xəstəxanalarda xəstələr aylarla, illərlə qalır:
"Qanunvericiliyə əsasən, üç həkimdən ibarət komissiya xəstənin qohumunun icazəsi olmadan da onu evə buraxa bilər. Amma həkimlər bunu edə bilmir. Çünki qohumlar həkimlərə hədə-qorxu gəlir. Həkimə deyirlər ki, o, bir hadisə törətsə, buna cavab verəcəksinizmi? Hətta onların pensiya kartlarını da özlərində saxlayırlar".