CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda azyaşlının qətlinin təfərrüatları məlum olub: Atası paltarına qum doldurubmuş

© Sputnik / Rahim MuradovXəzər dənizi, arxiv
Xəzər dənizi, arxiv - Sputnik Azərbaycan, 1920, 01.04.2024
Abunə olmaq
Hafiz Pirverdiyev deyib ki, bacısı Şəmkirdə evini satıb pulu Ahmetə verib ki, dönərxana işlədib ailəsini dolandırsın.
BAKI, 1 aprel — Sputnik. Sumqayıtda atası tərəfindən dənizdə boğularaq öldürülən azyaşlının qətlinin təfərrüatları məlum olub. Azyaşlının anasının dayısı Hafiz Pirverdiyev Sputnik Azərbaycan-a bildirib ki, uşağın atası evdə bir müddət imiş qeyri-adi davranırmış:
"Bacımın qızı ifadəsində də bildirdi ki, Ahmet Turan Yeşilin narkotik maddə istifadə etdiyindən şübhələnirmiş. O evə gələndən sonra özünün olduğu otağa bacımın qızını buraxmırmış. Otağın qapısını bağlayırmış. Uşağı isə evdən gəzdirmək adı ilə çıxardıb. Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"ndən bizə dedilər ki, uşağın paltarından qum çıxıb. Ahmet uşağını boğmaq məqsədilə onun paltarını qumla doldurub".
H.Pirverdiyev onu da əlavə edib ki, bacısının kürəkəni dönərxana işlədirmiş.
"Bacım bu obyekti işlətmək üçün müxtəlif vaxtlarda ona pul verib. Bunun üçün Şəmkirdə evini satıb vermişdi. Bacım ona kömək edirdi ki, ailəsini dolandırsın" - ailənin yaxını bildirib.
H.Pirverdiyevin sözlərinə görə, bacısı və qızı Ahmetin uşağını öldürəcəyindən əvvəlcə şübhələnməyib. Bir müddət keçsə də, evə gəlmədiyini gördükdə onlar Ahmetin iş yerinə yollanıblar. Orada da Ahmeti tapa bilmədiklərindən geri döndükdə onlara dənizdə uşaq meyitinin tapıldığı barədə məlumat daxil olub.
Qeyd edək ki, Sumqayıtda dəniz sahilində 1 yaşlı Zeynəb Yeşilin suda boğularaq qəsdən öldürülməsində onun atası - 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşil şübhəli bilinir. Ahmet Turan Yeşil şübhəli şəxs qismində həbs edilib.
Xəbər lenti
0