https://sputnik.az/20240401/raq-turkiye-pkk-ya-qarsi-birge-mubarize-aparacaqlar---menbe--463609356.html
İraq və Türkiyə PKK-ya qarşı birgə mübarizə aparacaqlar - Mənbə
İraq və Türkiyə PKK-ya qarşı birgə mübarizə aparacaqlar - Mənbə
Sputnik Azərbaycan
İraq Türkiyəyə təhlükəsizlik memorandumunun layihəsini təqdim edəcək. 01.04.2024, Sputnik Azərbaycan
2024-04-01T10:01+0400
2024-04-01T10:01+0400
2024-04-01T10:24+0400
dünya xəbərləri
iraq
türkiyə
https://cdnn1.img.sputnik.az/img/41030/53/410305354_0:61:2000:1186_1920x0_80_0_0_b4399c319b8a4ba3978d985b2157f381.jpg
BAKI, 1 aprel - Sputnik. İraq Türkiyəyə sərhəd təhlükəsizliyi və rəsmi Ankaranın terrorçu kimi qadağan etdiyi Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı mübarizə ilə bağlı memorandum layihəsi təqdim edəcək. Bu barədə RİA Novosti İhlas Agentliyinə istinadən yazıb.Daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara apreldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bağdada səfəri üçün təhlükəsizlik məsələləri də daxil olmaqla İraqla “çərçivə sazişi”nin imzalanmasını hazırlamağı gözləyir.Onun sözlərinə görə, Ankara Bağdadın terror ünsürlərinə qarşı birgə mübarizə vədini alıb və İraq tərəfinin PKK-nı terror təşkilatı kimi tanıyacağını gözləyir.Fidan martın 14-də Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalının müşayiəti ilə yüksək səviyyəli təhlükəsizlik heyətinin tərkibində İraqın paytaxtı Bağdada səfər edib.Bundan əvvəl Türkiyənin “Hürriyet” qəzeti bu ölkənin Silahlı Qüvvələrinin İraqın şimalında PKK yaraqlılarına qarşı genişmiqyaslı quru hərbi əməliyyat keçirməyi gözlədiyini və Bağdad administrasiyası ilə razılıq əldə edildiyini yazıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41030/53/410305354_0:0:1632:1224_1920x0_80_0_0_55ec07ba2e8fb89af21e348288a48796.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iraq, türkiyə
İraq və Türkiyə PKK-ya qarşı birgə mübarizə aparacaqlar - Mənbə
10:01 01.04.2024 (Yenilənib: 10:24 01.04.2024) İraq Türkiyəyə təhlükəsizlik memorandumunun layihəsini təqdim edəcək.
BAKI, 1 aprel - Sputnik. İraq Türkiyəyə sərhəd təhlükəsizliyi və rəsmi Ankaranın terrorçu kimi qadağan etdiyi Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı mübarizə ilə bağlı memorandum layihəsi təqdim edəcək. Bu barədə RİA Novosti İhlas Agentliyinə istinadən yazıb.
Daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara apreldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bağdada səfəri üçün təhlükəsizlik məsələləri də daxil olmaqla İraqla “çərçivə sazişi”nin imzalanmasını hazırlamağı gözləyir.
Onun sözlərinə görə, Ankara Bağdadın terror ünsürlərinə qarşı birgə mübarizə vədini alıb və İraq tərəfinin PKK-nı terror təşkilatı kimi tanıyacağını gözləyir.
“Türkiyə ilə İraq arasında yaradılmış Birgə Daimi Komitənin İraqlı səlahiyyətlisi verdiyi açıqlamada, sərhəd təhlükəsizliyi və terror təşkilatı PKK ilə mübarizə də daxil olmaqla sərhəd təhlükəsizliyinə dair anlaşma memorandumu layihəsinin tamamlandığını və Türkiyəyə təqdim ediləcəyini bildirib” - nəşr yazır.
Fidan martın 14-də Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalının müşayiəti ilə yüksək səviyyəli təhlükəsizlik heyətinin tərkibində İraqın paytaxtı Bağdada səfər edib.
Bundan əvvəl Türkiyənin “Hürriyet” qəzeti bu ölkənin Silahlı Qüvvələrinin İraqın şimalında PKK yaraqlılarına qarşı genişmiqyaslı quru hərbi əməliyyat keçirməyi gözlədiyini və Bağdad administrasiyası ilə razılıq əldə edildiyini yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.