https://sputnik.az/20240401/pasinyanla-bagli-1-aprel-zarafati-ermenistani-qarisdirdi-463631570.html
Paşinyanla bağlı 1 aprel zarafatı Ermənistanı qarışdırdı
Paşinyanla bağlı 1 aprel zarafatı Ermənistanı qarışdırdı
Sputnik Azərbaycan
Ermənistan KİV-lərinin iddiasına görə, Azərbaycanın keçmiş anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan vəziyyəti sakitləşdirmək üçün istefa... 01.04.2024, Sputnik Azərbaycan
2024-04-01T12:07+0400
2024-04-01T12:07+0400
2024-04-01T12:19+0400
ermənistanın baş naziri nikol paşinyan
dünya xəbərləri
nikol paşinyan
istefa
anklav
delimitasiya və demarkasiya
delimitasiya
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800837_0:97:2820:1683_1920x0_80_0_0_62c176ed1c5f3132f8faa1204ce1b2e6.jpg
BAKI, 1 aprel — Sputnik. Baş nazir Nikol Paşinyanın istefa verəcəyi ilə bağlı KİV-lərin yaydığı məlumat Ermənistanda ciddi qarşılanıb. 1 aprel zarafatını reallıq kimi qəbul edən erməni ictimaiyyəti şoka düşüb. "Joxovurd" nəşri yazıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrda növbədənkənar parlament seçkiləri keçirmək qərarına gəlib. Bununla bağlı Paşinyan təcili partiya toplantısı keçirib. Məqalədə inandırıcı olmaq üçün hətta qeyd edilib ki, Azərbaycanın keçmiş anklavlarla bağlı tələblərinin güclənməsi, Paşinyanın vəziyyəti sakitləşdirmək üçün istefa vermək qərarına gəlməsinə səbəb olub. "Baş nazir hesab edir ki, məhz bu onun "xilas"ıdır. Seçkilər sentyabrın 10-da keçirilməlidir" - nəşr yazıb. "Joxovurd"un uydurduğu bu xəbəri Ermənistanın bir sıra ciddi agentlikləri belə ciddi qəbul edərək yayıblar. Sonra söhbətin 1 aprel zarafatı olduğu üzə çıxıb. Qeyd edək ki, dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların indiyədək 7 görüşü keçirilib. Məlumata görə, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır. Bu ilin yanvarında İlham Əliyev Ermənistan işğalı altında qalan qeyri-anklav dörd kəndin qeyd-şərtsiz Azərbaycana qaytarılmalı olduğunu bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800837_224:0:2597:1780_1920x0_80_0_0_e8bdec2aedcfa7a2ba922a84da37e3e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, istefa, anklav, delimitasiya və demarkasiya, delimitasiya, prezident ilham əliyev
ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, istefa, anklav, delimitasiya və demarkasiya, delimitasiya, prezident ilham əliyev
Paşinyanla bağlı 1 aprel zarafatı Ermənistanı qarışdırdı
12:07 01.04.2024 (Yenilənib: 12:19 01.04.2024) Ermənistan KİV-lərinin iddiasına görə, Azərbaycanın keçmiş anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan vəziyyəti sakitləşdirmək üçün istefa vermək qərarına gəlib.
BAKI, 1 aprel — Sputnik. Baş nazir Nikol Paşinyanın istefa verəcəyi ilə bağlı KİV-lərin yaydığı məlumat Ermənistanda ciddi qarşılanıb. 1 aprel zarafatını reallıq kimi qəbul edən erməni ictimaiyyəti şoka düşüb.
"Joxovurd" nəşri yazıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrda növbədənkənar parlament seçkiləri keçirmək qərarına gəlib. Bununla bağlı Paşinyan təcili partiya toplantısı keçirib.
Məqalədə inandırıcı olmaq üçün hətta qeyd edilib ki, Azərbaycanın keçmiş anklavlarla bağlı tələblərinin güclənməsi, Paşinyanın vəziyyəti sakitləşdirmək üçün istefa vermək qərarına gəlməsinə səbəb olub.
"Baş nazir hesab edir ki, məhz bu onun "xilas"ıdır. Seçkilər sentyabrın 10-da keçirilməlidir" - nəşr yazıb.
"Joxovurd"un uydurduğu bu xəbəri Ermənistanın bir sıra ciddi agentlikləri belə ciddi qəbul edərək yayıblar. Sonra söhbətin 1 aprel zarafatı olduğu üzə çıxıb.
Qeyd edək ki, dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların indiyədək 7 görüşü keçirilib. Məlumata görə, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır.
Bu ilin yanvarında İlham Əliyev Ermənistan işğalı altında qalan qeyri-anklav dörd kəndin qeyd-şərtsiz Azərbaycana qaytarılmalı olduğunu bildirib.