https://sputnik.az/20240401/orta-dehlizin-ehemiyyeti-neden-ibaretdir--463636198.html
Orta Dəhlizin əhəmiyyəti nədən ibarətdir?
Orta Dəhlizin əhəmiyyəti nədən ibarətdir?
Sputnik Azərbaycan
Nazir müavini iki il əvvəl Azərbaycan, Qazaxıstan və Türkiyə ərazilərində 2022-2027-ci illər üçün "dar boğazlar"ın aradan qaldırılması və bu dəhlizin inkişafı... 01.04.2024, Sputnik Azərbaycan
2024-04-01T15:09+0400
2024-04-01T15:09+0400
2024-04-01T15:34+0400
orta dəhliz
iqtisadiyyat
rəqəmsal
rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
yol xəritəsi
"yol xəritəsi"
strateji yol xəritəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441874238_0:160:3072:1888_1920x0_80_0_0_b9fc6ed7315a621a470ba3184fbfd45f.jpg
BAKI, 1 aprel — Sputnik. Müasir geosiyasi reallıqlar Asiya ilə Avropa arasında yükdaşıma məsələsində Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) strateji əhəmiyyətini artırır. Bunu Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bu gün Bakıda keçirilən Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasında bildirib. "Orta Dəhlizin əsas üstünlüklərindən biri odur ki, bu dəhliz boyu yerləşən dövlətlər dostluq münasibətlərinə malikdir və onlar arasında sıx əməkdaşlıq qurulub. Biz tərəfdaş ölkələrlə birlikdə dəhlizin genişləndirilməsi üçün səylər göstəririk, həmçinin bu problemlərin həlli üçün "dar boğazlar"ın müəyyən edilməsi üzərində işləyirik" - o vurğulayıb. Nazir müavini iki il əvvəl Azərbaycan, Qazaxıstan və Türkiyə ərazilərində 2022-2027-ci illər üçün "dar boğazlar"ın aradan qaldırılması və bu dəhlizin inkişafı üzrə Yol Xəritəsinin imzalandığını xatırladıb. Qeyd edək ki, 2023-cü ildə bu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcmi 86% artaraq 2,8 milyon tona çatıb. 2022-ci ildə bu göstərici 1,5 milyon ton, 2021-ci ildə isə 586 min ton olub. Orta Dəhliz layihəsi Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. Bu layihə 2013-cü ildən reallaşdırılır və həmin marşrut vasitəsilə Çin məhsullarının Avropaya çatdırılma müddəti 3 dəfə azalır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441874238_171:0:2902:2048_1920x0_80_0_0_18144e78482c61403902db5b5bf91611.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
orta dəhliz, rəqəmsal, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi, yol xəritəsi, "yol xəritəsi", strateji yol xəritəsi
orta dəhliz, rəqəmsal, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi, yol xəritəsi, "yol xəritəsi", strateji yol xəritəsi
Orta Dəhlizin əhəmiyyəti nədən ibarətdir?
15:09 01.04.2024 (Yenilənib: 15:34 01.04.2024) Nazir müavini iki il əvvəl Azərbaycan, Qazaxıstan və Türkiyə ərazilərində 2022-2027-ci illər üçün "dar boğazlar"ın aradan qaldırılması və bu dəhlizin inkişafı üzrə Yol Xəritəsinin imzalandığını xatırladıb.
BAKI, 1 aprel — Sputnik. Müasir geosiyasi reallıqlar Asiya ilə Avropa arasında yükdaşıma məsələsində Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) strateji əhəmiyyətini artırır.
Bunu Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bu gün Bakıda keçirilən Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasında bildirib.
"Orta Dəhlizin əsas üstünlüklərindən biri odur ki, bu dəhliz boyu yerləşən dövlətlər dostluq münasibətlərinə malikdir və onlar arasında sıx əməkdaşlıq qurulub. Biz tərəfdaş ölkələrlə birlikdə dəhlizin genişləndirilməsi üçün səylər göstəririk, həmçinin bu problemlərin həlli üçün "dar boğazlar"ın müəyyən edilməsi üzərində işləyirik" - o vurğulayıb.
Nazir müavini iki il əvvəl Azərbaycan, Qazaxıstan və Türkiyə ərazilərində 2022-2027-ci illər üçün "dar boğazlar"ın aradan qaldırılması və bu dəhlizin inkişafı üzrə Yol Xəritəsinin imzalandığını xatırladıb.
Qeyd edək ki, 2023-cü ildə bu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcmi 86% artaraq 2,8 milyon tona çatıb. 2022-ci ildə bu göstərici 1,5 milyon ton, 2021-ci ildə isə 586 min ton olub.
Orta Dəhliz layihəsi Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. Bu layihə 2013-cü ildən reallaşdırılır və həmin marşrut vasitəsilə Çin məhsullarının Avropaya çatdırılma müddəti 3 dəfə azalır.