https://sputnik.az/20240401/mehkeme-eziz-orucov-barede-qerari-deyismedi-463643831.html
Məhkəmə Əziz Orucov barədə qərarı dəyişmədi
Məhkəmə Əziz Orucov barədə qərarı dəyişmədi
Sputnik Azərbaycan
Bildirib ki, onun barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı qərardan verilən apellyasiya... 01.04.2024, Sputnik Azərbaycan
2024-04-01T17:40+0400
2024-04-01T17:40+0400
2024-04-01T17:40+0400
məhkəmə
cəmiyyət
bakı apellyasiya məhkəməsi
bakı apelyasiya məhkəməsi
qərar
iclas
cinayət məcəlləsi
cinayət məcəlləsi
ar cinayət məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461659662_1:0:3640:2047_1920x0_80_0_0_6122b3b4132266ac996b424fd2605a68.jpg
BAKI, 1 aprel — Sputnik. Bakı Apellyasiya Məhkəməsində Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. Bildirib ki, onun barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti təmin olunmayıb. Qeyd edək ki, o, ötən il noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb. Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461659662_456:0:3185:2047_1920x0_80_0_0_9f052f9b48f3686a28dc0ed1efe63016.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə, bakı apellyasiya məhkəməsi, bakı apelyasiya məhkəməsi, qərar, iclas, cinayət məcəlləsi, cinayət məcəlləsi, ar cinayət məcəlləsi
məhkəmə, bakı apellyasiya məhkəməsi, bakı apelyasiya məhkəməsi, qərar, iclas, cinayət məcəlləsi, cinayət məcəlləsi, ar cinayət məcəlləsi
Məhkəmə Əziz Orucov barədə qərarı dəyişmədi
Bildirib ki, onun barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti təmin olunmayıb.
BAKI, 1 aprel — Sputnik. Bakı Apellyasiya Məhkəməsində Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub.
Bu barədə Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.
Bildirib ki, onun barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, o, ötən il noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.
Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.