Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

İstintaq göstərir ki, Rusiyada terror aktlarının izləri Ukraynaya aparır - Rusiya XİN

© Sputnik / Кирилл Каллиников / Mediabanka keçidCrocus City Hall terror aktından sonra
Crocus City Hall terror aktından sonra - Sputnik Azərbaycan, 1920, 31.03.2024
Abunə olmaq
Rusiyada terror aktlarında iştirak edənlərin dərhal tutulması və ekstradisiyası tələbləri Ukraynaya təqdim edilib.
BAKI, 31 mart - Sputnik. RF hüquq-mühafizə orqanlarının əməkdaşlarının istintaq hərəkətləri göstərir ki, Rusiyada baş verən son terror aktlarının izləri Ukraynaya aparır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Martın 22-də Krasnoqorsk şəhərində baş vermiş və bütün dünyanı şoka salan qanlı terror aktı son dövrlərdə ölkəmizə qarşı törədilmiş ilk terror aktı deyil. Rusiyanın səlahiyyətli orqanlarının apardığı istintaq hərəkətləri göstərir ki, bütün bu cinayətlərin izləri Ukraynaya aparır”, - bəyanatda deyilir.

Nazirlik xatırladıb ki, partlayıcı qurğulardan istifadə edilən digər terror aktları jurnalistlər Daria Dugina və Maksim Fomin (Vladlen Tatarski) həyatına son qoyub, yazıçı Yevgeni (Zaxar) Prilepin də yaralanıb, sürücüsü isə həlak olub.
Sankt-Peterburqda kafedə baş verən partlayış zamanı Tatarskiyə sui-qəsd nəticəsində 42 nəfər yaralanıb.
2022-ci ilin oktyabrında Krım körpüsünün partlaması zamanı 5 nəfər həlak olub.
Mülki əhalinin, o cümlədən uşaqların öldürülməsi və şikəst edilməsi Rusiya Federasiyasında qadağan edilmiş Rusiya Könüllülər Korpusu (RDK) terror təşkilatının basqınları ilə də müşayiət olunub.
Rusiya Xarici İşlər Nazirliyi Rusiyada terror aktlarında iştirak edənlərin dərhal tutulması və ekstradisiyası tələblərini Ukraynaya təqdim edib.

“Rusiya Xarici İşlər Nazirliyi Terrorçuluğun Qarşısının Alınması üzrə Beynəlxalq Konvensiya (ICBT) və Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiya (ICFT) çərçivəsində Ukrayna hakimiyyətinə bu terror hücumlarında iştirak edən bütün şəxslərin dərhal həbs və ekstradisiya tələblərini çatdırıb”, - bəyanatda deyilir.

Bu tələblər arasında martın 25-də Ukraynanın 2022-ci ilin oktyabrında Krım körpüsünü bombalamasını təşkil etdiyini etiraf edən və Rusiyada digər terror aktlarının təşkilinin təfərrüatlarını açıqlayan Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun həbsi də var.

“Beynəlxalq terrorizmlə mübarizə hər bir dövlətin borcudur. Rusiya tərəfi Kiyev rejimindən terror fəaliyyətinə hər hansı dəstəyi dərhal dayandırmağı, cinayətkarları təhvil verməyi və zərərçəkənlərə dəymiş ziyanı ödəməyi tələb edir. Ukraynanın antiterror konvensiyaları üzrə öhdəliklərini pozması onun beynəlxalq hüquqi məsuliyyətinə səbəb olacaq”, - nazirlik bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0