https://sputnik.az/20240331/catismazliq-ve-qiymet-artimi-riski-azerbaycan-benzini-hansi-olkelerden-idxal-edir-463615979.html
Çatışmazlıq və qiymət artımı riski: Azərbaycan benzini hansı ölkələrdən idxal edir?
Çatışmazlıq və qiymət artımı riski: Azərbaycan benzini hansı ölkələrdən idxal edir?
Sputnik Azərbaycan
Bakı Neft Emalı Zavodunun modernləşdirilməsinə milyardlarla dollar sərmayə qoyulmasına baxmayaraq, zavod hələ də tam gücü ilə işləmir və bəzi markalarda benzin... 31.03.2024, Sputnik Azərbaycan
2024-03-31T22:06+0400
2024-03-31T22:06+0400
2024-04-01T10:19+0400
neft-qaz
benzin
idxal
ai-92
bakı neft emalı zavodu
ai-95
ai-98
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442205997_0:160:3072:1888_1920x0_80_0_0_3b44f6d7a612cfd872d1ece4a385b62a.jpg
BAKI, 31 mart - Sputnik. 2024-cü ilin yanvar ayında Azərbaycan Aİ-95 markalı benzinin idxalını ötən ilin müvafiq ayı ilə müqayisədə 2,8 dəfə artıraraq 6,8 min ton bu məhsul alıb. Bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hesabatında deyilir.İdxal olunan benzinin dəyəri 6,5 milyon dollar təşkil edib ki, bu da bir il əvvəlkindən 2,6 dəfə çoxdur.Eyni zamanda, idxalın böyük hissəsi - 3,6 min ton Rusiyadan tədarük hesabına əldə edilib. Belə ki, yanvar ayında Azərbaycan Rusiya Federasiyasından Aİ-95 markalı benzinin alışını 47,2% artırıb.Bu markalı benzin də Azərbaycana Yunanıstandan - 1,1 min ton, BƏƏ-dən - 783 ton, Rumıniyadan - 569 ton, Belarusdan - 493 ton və Bolqarıstandan - 250 ton idxal edilib. Bundan əlavə, bu ilin yanvar ayında Azərbaycan bir ölkədən - Rumıniyadan 130 min dollar dəyərində 106 tondan çox Aİ-98 markalı benzin alıb.Ölkədə ən çox istehlak edilən Aİ-92 markalı benzinə gəlincə, o, Bakı Neft Emalı Zavodunda kifayət qədər həcmdə istehsal olunur və yanvar ayında ölkəyə idxal edilməyib.Müsbət tendensiya - istehsal artırXatırladaq ki, bundan əvvəl Dövlət Statistika Komitəsinin hesabatında 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalının ötən ilin müvafiq dövrü ilə müqayisədə artdığı bildirilirdi.Belə ki, avtomobil benzininin istehsalı təxminən 15% - 249 min tona, dizel yanacağının istehsalı isə 7,8% artaraq 383,6 min ton təşkil edib.Eyni zamanda, Azərbaycanda istehlakçılar ilin ilk iki ayında yanacaq xərclərini artırıblar: Onlar benzin və dizel yanacağının alınmasına ümumilikdə 449,4 milyon manat xərcləyiblər ki, bu da 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 10% çoxdur.Bakı Neft Emalı Zavodu gözləntiləri doğrultmurİqtisadçı Xalid Kərimlinin sözlərinə görə, Azərbaycanda avtomobil yanacağına olan tələbatın ödənilməsi ilə bağlı ciddi problemlər var.Ekspert bildirib ki, bununla bağlı ictimaiyyətə heç bir izahat verilmir. Belə ki, o xatırladıb ki, əvvəlcə zavodun 2022-ci ildə tam gücü ilə işə salınacağı gözlənilirdi, sonra bu tarix 2023-cü ilə təxirə salınıb. Zavodun tam olaraq nə vaxt işə düşəcəyi hələlik məlum deyil.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442205997_171:0:2902:2048_1920x0_80_0_0_0883fd589c89cf4c46e78bbbfce96397.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
benzin, idxal, ai-92, bakı neft emalı zavodu, ai-95, ai-98
benzin, idxal, ai-92, bakı neft emalı zavodu, ai-95, ai-98
Çatışmazlıq və qiymət artımı riski: Azərbaycan benzini hansı ölkələrdən idxal edir?
22:06 31.03.2024 (Yenilənib: 10:19 01.04.2024) Bakı Neft Emalı Zavodunun modernləşdirilməsinə milyardlarla dollar sərmayə qoyulmasına baxmayaraq, zavod hələ də tam gücü ilə işləmir və bəzi markalarda benzin istehsal olunmur.
BAKI, 31 mart - Sputnik. 2024-cü ilin yanvar ayında Azərbaycan Aİ-95 markalı benzinin idxalını ötən ilin müvafiq ayı ilə müqayisədə 2,8 dəfə artıraraq 6,8 min ton bu məhsul alıb. Bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
İdxal olunan benzinin dəyəri 6,5 milyon dollar təşkil edib ki, bu da bir il əvvəlkindən 2,6 dəfə çoxdur.
Eyni zamanda, idxalın böyük hissəsi - 3,6 min ton Rusiyadan tədarük hesabına əldə edilib. Belə ki, yanvar ayında Azərbaycan Rusiya Federasiyasından Aİ-95 markalı benzinin alışını 47,2% artırıb.
Bu markalı benzin də Azərbaycana Yunanıstandan - 1,1 min ton, BƏƏ-dən - 783 ton, Rumıniyadan - 569 ton, Belarusdan - 493 ton və Bolqarıstandan - 250 ton idxal edilib. Bundan əlavə, bu ilin yanvar ayında Azərbaycan bir ölkədən - Rumıniyadan 130 min dollar dəyərində 106 tondan çox Aİ-98 markalı benzin alıb.
Ölkədə ən çox istehlak edilən Aİ-92 markalı benzinə gəlincə, o, Bakı Neft Emalı Zavodunda kifayət qədər həcmdə istehsal olunur və yanvar ayında ölkəyə idxal edilməyib.
Müsbət tendensiya - istehsal artır
Xatırladaq ki, bundan əvvəl Dövlət Statistika Komitəsinin hesabatında 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalının ötən ilin müvafiq dövrü ilə müqayisədə artdığı bildirilirdi.
Belə ki, avtomobil benzininin istehsalı təxminən 15% - 249 min tona, dizel yanacağının istehsalı isə 7,8% artaraq 383,6 min ton təşkil edib.
Eyni zamanda, Azərbaycanda istehlakçılar ilin ilk iki ayında yanacaq xərclərini artırıblar: Onlar benzin və dizel yanacağının alınmasına ümumilikdə 449,4 milyon manat xərcləyiblər ki, bu da 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 10% çoxdur.
Bakı Neft Emalı Zavodu gözləntiləri doğrultmur
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, Azərbaycanda avtomobil yanacağına olan tələbatın ödənilməsi ilə bağlı ciddi problemlər var.
“Azərbaycan Aİ-95 və Aİ-98 kimi markalı benzinlərin idxalından tamamilə asılıdır. Bakı Neft Emalı Zavodunun modernləşdirilməsinə milyardlarla dollar sərmayə qoyulmasına baxmayaraq, zavod hələ də tam gücü ilə işləmir və bu yanacaq növlərini istehsal etmir”, - deyə Kərimli Sputnik Azərbaycan-a bildirib.
Ekspert bildirib ki, bununla bağlı ictimaiyyətə heç bir izahat verilmir. Belə ki, o xatırladıb ki, əvvəlcə zavodun 2022-ci ildə tam gücü ilə işə salınacağı gözlənilirdi, sonra bu tarix 2023-cü ilə təxirə salınıb. Zavodun tam olaraq nə vaxt işə düşəcəyi hələlik məlum deyil.
“Azərbaycan Aİ-95 və Aİ-98 markalı benzin istehsal etmir, ona görə də onu idxal etmək məcburiyyətindədir, o cümlədən Avropa neftayırma zavodlarından. Bundan başqa, Aİ-92 markalı benzin respublikada istehsal olunsa da, onun da müəyyən hissəsi xaricdən gətirilməlidir. Azərbaycan hökuməti qiymətləri litri bir manat səviyyəsində saxlamaq üçün hətta bu növ benzinin idxal rüsumlarını da ləğv etməli olub”, - Kərimli vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.