Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda 2024-cü ilin yanvar-fevralında pərakəndə ticarət

Abunə olmaq
Əhalinin qida məhsulları, içkilər və tütün məmulatlarının alınmasına çəkdiyi xərclər 4,726 mlrd. manat təşkil edib. Pərakəndə ticarət haqqında daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi pərakəndə ticarət obyektlərindən 8,5 milyard manatlıq istehlak malları alıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur.
Hesabat dövründə ev təsərrüfatlarının ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınması ilə bağlı xərcləri 4,726 milyard manat, qeyri-ərzaq mallarının alınmasına isə 3,8 milyard manat təşkil edib.
Eyni zamanda, pərakəndə ticarət şəbəkəsində istehlak xərclərinin 50,1 faizi ərzaq məhsulları, 5,1 faizi içkilər və tütün məmulatları, 15,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabılar, 5,3 faizi avtomobil benzini və dizel yanacağı, 4,7 faizi isə - elektrik cihazları və mebel, 2,4 faizi əczaçılıq və tibb məhsulları, 1,3 faizi kompüter, telekommunikasiya və poliqrafiya avadanlıqları, 15,8 faizi digər qeyri-ərzaq mallarıdır.
Xəbər lenti
0