CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali Məhkəmə, NMR Ali Məhkəməsi, bəzi apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilir

© Official website of President of Azerbaijan RepublicЗал заседания суда, фото из архива
Зал заседания суда, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.03.2024
Abunə olmaq
Milli Məclisə yeni qanun layihələri daxil olub.
BAKI, 30 mart - Sputnik. Ali Məhkəmə. Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.
APA-nın xəbərinə görə, bununla bağlı Milli Məclisə qanun layihələri daxil olub.
Həmin qanun layihələri aşağıdakılardır:
1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakiminin təyin edilməsi haqqında.
3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.
4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.
5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.
6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.
Qanun layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə də yeni hakim təyin ediləcək.
Bu, Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Müşfiq Kamil oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin ediləcək. Müşfiq Həsənov Şirvan Apellyasiya Məhkəməsinin hakimi olub.
Xəbər lenti
0