DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp yenidən seçilərsə, ABŞ-ı NATO-dan çıxara bilər

© AFP 2024 / CHANDAN KHANNATramp
Tramp  - Sputnik Azərbaycan, 1920, 29.03.2024
Abunə olmaq
Tramp 2018-ci ildə bu ideya haqqında ciddi düşünüb. Avropa ölkələrinin nümayəndələri onun bu fikrindən şoka düşüblər.
BAKI, 29 mart — Sputnik. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp yeni müddətə seçilərsə, o, ABŞ-ın NATO-dan çıxması ilə bağlı müzakirələrə qayıdacaq.
Bu fikirləri "Le Figaro"ya müsahibəsində Trampın milli təhlükəsizlik siyasətini təyin edən keçmiş köməkçisi Con Bolton bölüşüb.
Bolton deyib ki, Trampın hər hansı bir fikri olanda təkrar-təkrar ona qayıdır.
"Sonra unudur, amma nəticədə xatırlayır və hərəkətə keçir" - siyasətçi qeyd edib.
O xatırladıb ki, Tramp 2018-ci ildə bu ideya haqqında ciddi düşünüb. Avropa ölkələrinin nümayəndələri onun bu fikrindən şoka düşüblər. Keçmiş lider daha sonra qeyd edib ki, onlar Rusiya Federasiyasından təbii sərvətləri bu qədər aktiv şəkildə alırlarsa, ABŞ-ın dəstəyinə arxalana bilməzlər.
Bolton daha sonra avropalılarla əlaqə saxlayıb və Trampın NATO-dan çıxmaqla bağlı yekun qərar verməməsi üçün onları müdafiə xərclərini artırmağa çağırıb.
Bundan əvvəl Bolton ABŞ-ın alyansdan çıxacağı halda Amerika dövlətinin reputasiyasının ciddi şəkildə zədələnəcəyini bildirmişdi.
Xəbər lenti
0