https://sputnik.az/20240329/tecili-tibbi-yardim-vertolyotlari-alinsin---deputatdan-teklif-463580530.html
Təcili tibbi yardım vertolyotları alınsın - Deputatdan təklif
Təcili tibbi yardım vertolyotları alınsın - Deputatdan təklif
Sputnik Azərbaycan
Qüdrət Həsənquliyev xatırladıb ki, Vətən müharibəsi dövründə yaralıları Badamdardakı vertolyot meydançasına, oradan isə təcili tibbi yardım maşınları ilə... 29.03.2024, Sputnik Azərbaycan
2024-03-29T13:33+0400
2024-03-29T13:33+0400
2024-03-29T13:44+0400
vertolyot
cəmiyyət
qüdrət həsənquliyev
millət vəkili qüdrət həsənquliyev
rusiya
təcili tibbi yardım
https://cdnn1.img.sputnik.az/img/42307/87/423078707_0:0:2437:1370_1920x0_80_0_0_0b366dcd0b47ed642e06472e43f4e8c4.jpg
BAKI, 29 mart — Sputnik. Milli Məclisin xüsusi iclasının çağırılması təklif edilib. Bu təkliflə parlamentin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib. O bildirib ki, Rusiyada baş verən son hadisədən sonra Azərbaycanda da təhlükəsizlik sahəsində görülən işlərlə bağlı məlumat verilməsi zərurəti yaranıb: "Milli Məclisin xüsusi iclasının çağırılmasını təklif edirəm. Rusiyada baş verənlərdən sonra Azərbaycanda da bu sahədə görülən işlərlə bağlı məlumat verilsin. Parlament həm də çağırışçı orqandır. İclas qapalı da keçirilə bilər". Deputat təcili tibbi yardım vertolyotlarının alınmasının vacibliyini vurğulayıb: "Vətən müharibəsi dövründə yaralıları Badamdardakı vertolyot meydançasına, oradan isə təcili tibbi yardım maşınları ilə xəstəxanalara daşıyırdılar. Bizdə xəstəxanalarda vertolyot meydançaları yoxdur. Rusiyada baş verən hadisədən sonra mən bu barədə düşündüm". Xatırladaq ki, martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall"da konsertdən əvvəl atışma və yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, 143 nəfər həlak olub. Martın iyirmi dördü Rusiyada ümummilli matəm günü elan edilib. Rusiya Prezidenti qeyd edib ki, ümumilikdə 11 nəfər saxlanılıb, təhlükəsizlik qüvvələri terrorçuların bütün bazasının üzə çıxarılması üzərində işləyir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42307/87/423078707_105:0:2196:1568_1920x0_80_0_0_d1ba5483a472a0499a8388da86bdf20e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
vertolyot, qüdrət həsənquliyev, millət vəkili qüdrət həsənquliyev, rusiya, təcili tibbi yardım
vertolyot, qüdrət həsənquliyev, millət vəkili qüdrət həsənquliyev, rusiya, təcili tibbi yardım
Təcili tibbi yardım vertolyotları alınsın - Deputatdan təklif
13:33 29.03.2024 (Yenilənib: 13:44 29.03.2024) Qüdrət Həsənquliyev xatırladıb ki, Vətən müharibəsi dövründə yaralıları Badamdardakı vertolyot meydançasına, oradan isə təcili tibbi yardım maşınları ilə xəstəxanalara daşıyırdılar.
BAKI, 29 mart — Sputnik. Milli Məclisin xüsusi iclasının çağırılması təklif edilib.
Bu təkliflə parlamentin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.
O bildirib ki, Rusiyada baş verən son hadisədən sonra Azərbaycanda da təhlükəsizlik sahəsində görülən işlərlə bağlı məlumat verilməsi zərurəti yaranıb: "Milli Məclisin xüsusi iclasının çağırılmasını təklif edirəm. Rusiyada baş verənlərdən sonra Azərbaycanda da bu sahədə görülən işlərlə bağlı məlumat verilsin. Parlament həm də çağırışçı orqandır. İclas qapalı da keçirilə bilər".
Deputat təcili tibbi yardım vertolyotlarının alınmasının vacibliyini vurğulayıb: "Vətən müharibəsi dövründə yaralıları Badamdardakı vertolyot meydançasına, oradan isə təcili tibbi yardım maşınları ilə xəstəxanalara daşıyırdılar. Bizdə xəstəxanalarda vertolyot meydançaları yoxdur. Rusiyada baş verən hadisədən sonra mən bu barədə düşündüm".
Xatırladaq ki, martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall"da konsertdən əvvəl atışma və yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, 143 nəfər həlak olub. Martın iyirmi dördü Rusiyada ümummilli matəm günü elan edilib.
Rusiya Prezidenti qeyd edib ki, ümumilikdə 11 nəfər saxlanılıb, təhlükəsizlik qüvvələri terrorçuların bütün bazasının üzə çıxarılması üzərində işləyir.