CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 29 mart – FOTO

© Sputnik / Elnur Salayev29 mart
29 mart - Sputnik Azərbaycan, 1920, 29.03.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - bu barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 29 mart - Sputnik. Martın 29-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 29-da kimlər dünyaya gəlib?
Uorner Leroy Bakster (1889 - 1951) karyerası 1910-1940-cı illərdə zirvəyə çatan amerikalı aktyordur. O, ən yaxşı kişi aktyoru nominasiyasında “Oskar” mükafatına layiq görüldüyü “Köhnə Arizonada” filmindəki körpə Tsisko rolu ilə tanınır.
© Photo : Public DomenUorner Leroy Bakster
Uorner Leroy Bakster - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Uorner Leroy Bakster
Stanislav Qovoruxin (1936 - 2018) - Sovet və Rusiya kinorejissoru, aktyoru, ssenaristi və RF xalq artistidir. O, “Şaquli”, “Qaçaqmalçılıq”, “Ağ partlayış”, “Belə yaşamaq olmaz” və s. filmləri çəkib.
© Sputnik / Владимир ФедоренкоStanislav Qovoruxin
Stanislav Qovoruxin - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Stanislav Qovoruxin
Kristofer Lambert (1957) - Fransız əsilli ABŞ aktyorudur. O, 35 ildən çox kino karyerası ərzində 80 filmdə rol alıb. Aktyor “Arlet”, “Niyə mən?”, “Ölümcül döyüş” və s. filmlərdə oynayıb.
© Sputnik / Екатерина ЧесноковаKristofer Lambert
Kristofer Lambert - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Kristofer Lambert
Andre Buşe (1967) - fransız aktyoru və teleaparıcısıdır. O, Paspartu təxəllüsü ilə "Fort Boyard" şousunda iştirakı sayəsində şöhrət qazanıb.
Vladimir Presnyakov (kiçik) (1968) - rusiyalı estrada müğənnisi, musiqiçi və bəstəkardır. O, “Ata, sən özün belə idin”, “Sevgi”, “Yağışdan qala”, “Gerçək olmayan sevgi” və s. albomlarını buraxıb.
© Sputnik / Alexei Philippov / Mediabanka keçidVladimir Presnyakov
Певец Владимир Пресняков  - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Vladimir Presnyakov
Martın 29-da dünyada baş verən tarixi hadisələr
1778-ci ildə ingilis kapitanı Ceyms Kuk Vankuver adasına enən ilk avropalı olub.
© Photo : Public DomenCeyms Kuk
Ceyms Kuk  - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Ceyms Kuk
1886-cı ildə Atlanta əczaçısı Con Pemberton miqren, melanxoliya və digər sinir xəstəliklərinə qarşı içki yaradıb. O, koki yarpaqlarını dəmləyərək ona şəkər və kofein qarışığı əlavə edib. Əvvəlcə bu möcüzə dərmanı yalnız apteklərdə və reseptlə satılıb. Hazırda bu sərinləşdirici içki bütün dünyada “Coca-Cola” brendi kimi tanınır.
1940-cı ildə İngiltərə Bankı saxtakarlığa qarşı yeni yüksək təhlükəsizlik ilə ilk kağız pullarını buraxıb. Həmin andan etibarən banknotların çap olunduğu kağıza nazik metal sap tətbiq olunmağa başlanıb.
© AFP 2023 / STEFAN WERMUTHFunt
Фунт стерлинг, фото из архив - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Funt
1998-ci ildə Portuqaliyada Teju çayı üzərindən “Vasko da Qama” körpüsü açılıb. Portuqaliyalı dəniz səyyahının adını daşıyan bu körpü 17,2 km uzunluğunda Avropanın ən uzun körpüsü olub. Körpü bu günə kimi titulunu qoruyub saxlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0