https://sputnik.az/20240329/sagird-yerdeyismesi-muveqqeti-dayandirilib-461870316.html
Diqqət: Şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq
Diqqət: Şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq
Sputnik Azərbaycan
Ölkə üzrə IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər də təşkil ediləcək. 29.03.2024, Sputnik Azərbaycan
2024-03-29T12:23+0400
2024-03-29T12:23+0400
2024-03-29T12:27+0400
şagird
təhsil
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461680902_0:0:3072:1728_1920x0_80_0_0_380885e6db7cfb1b11ac6117cf262c43.jpg
BAKI, 29 mart — Sputnik. Məktəbəhazırlıq qruplarında , 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq. Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, eyni zamanda 18 və 19 may tarixlərində ölkə üzrə IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək. Monitorinqə hazırlıq prosesi zamanı şagird yerdəyişməsi hallarının olmaması üçün aprelin 15-i saat 17:00-dan IV və VI siniflər üzrə də şagirdlərin yerdəyişməsi dayandırılacaq. Qeyd edək ki, uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. 19.02.24, 12:33Sabah Azərbaycanda şagirdlərin elektron yerdəyişməsi başlayırŞagirdlərin elektron yerdəyişməsinə başlanılır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, fevralın 20-i saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq. Lakin XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi də martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək. Elektron xidmətin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq, icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarəti gücləndirmək, həmçinin vətəndaş məmnuniyyətini təmin etməkdir. Azərbaycan Respublikasının vətəndaşları üçün sistemdə qeydiyyat şəxsiyyət vəsiqəsinin FİN kodu, xarici ölkənin vətəndaşları üçün isə miqrasiya sənədinin seriya nömrəsi əsasında aparılır. Qeydiyyat mobil telefona göndərilən SMS vasitəsilə təsdiq olunur. Uşaqla bağlı məlumatların sistemə əlavə edilməsi üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və ya UTİS (Ümumi təhsil müəssisələrinin informasiya sistemində şagirdə məxsus unikal kod) kodu tələb olunur.10.01.24, 19:54Şagird yerdəyişməsi müvəqqəti dayandırılıbBu gün saat 17:00-dan 2023–2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb. Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, XI sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək. Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461680902_341:0:3072:2048_1920x0_80_0_0_fd8d315df362aeb3b7170ea7e5a280ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şagird, elm və təhsil nazirliyi
şagird, elm və təhsil nazirliyi
Diqqət: Şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq
12:23 29.03.2024 (Yenilənib: 12:27 29.03.2024) Ölkə üzrə IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər də təşkil ediləcək.
BAKI, 29 mart — Sputnik. Məktəbəhazırlıq qruplarında , 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq. Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, eyni zamanda 18 və 19 may tarixlərində ölkə üzrə IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.
Monitorinqə hazırlıq prosesi zamanı şagird yerdəyişməsi hallarının olmaması üçün aprelin 15-i saat 17:00-dan IV və VI siniflər üzrə də şagirdlərin yerdəyişməsi dayandırılacaq.
Qeyd edək ki, uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Sabah Azərbaycanda şagirdlərin elektron yerdəyişməsi başlayır
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, fevralın 20-i saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq. Lakin XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.
Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi də martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək.
Elektron xidmətin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq, icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarəti gücləndirmək, həmçinin vətəndaş məmnuniyyətini təmin etməkdir.
Azərbaycan Respublikasının vətəndaşları üçün sistemdə qeydiyyat şəxsiyyət vəsiqəsinin FİN kodu, xarici ölkənin vətəndaşları üçün isə miqrasiya sənədinin seriya nömrəsi əsasında aparılır. Qeydiyyat mobil telefona göndərilən SMS vasitəsilə təsdiq olunur. Uşaqla bağlı məlumatların sistemə əlavə edilməsi üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və ya UTİS (Ümumi təhsil müəssisələrinin informasiya sistemində şagirdə məxsus unikal kod) kodu tələb olunur.
Şagird yerdəyişməsi müvəqqəti dayandırılıb
Bu gün saat 17:00-dan 2023–2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, XI sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.
Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.