https://sputnik.az/20240329/prezidentin-komekcisi-abs-in-beyanatlari-bizi-meyus-edir-463592374.html
Prezidentin köməkçisi: ABŞ-ın bəyanatları bizi məyus edir
Prezidentin köməkçisi: ABŞ-ın bəyanatları bizi məyus edir
Sputnik Azərbaycan
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, Azərbaycan dəstək təkliflərini yüksək qiymətləndirir, lakin bu vəziyyətdə hər hansı vasitəçiliyə ehtiyac olduğuna... 29.03.2024, Sputnik Azərbaycan
2024-03-29T18:10+0400
2024-03-29T18:10+0400
2024-03-29T19:25+0400
siyasət
hikmət hacıyev
azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev
abş
ermənistan
azərbaycan və ermənistan arasında müharibə
907-ci düzəliş
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/02/459177745_0:0:3274:1842_1920x0_80_0_0_ec7ee6889815ca59e567f121a86ded74.jpg
BAKI, 29 mart — Sputnik. ABŞ-nin Bakı ilə İrəvan arasında sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Phoenix" telekanalına müsahibəsində deyib. "ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir. Onlar Azərbaycana qarşı birtərəfli mövqe tutaraq "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi qəbul etdilər. Bu, ABŞ hökumətinin Azərbaycana yardımına qadağa qoyulması deməkdir. Azərbaycanın isə heç bir köməyə ehtiyacı yoxdur. Biz yardım alan ölkə deyilik" - o bildirib. Amma fakt budur ki, 907-ci düzəliş hələ 1992-ci ildə, Azərbaycan əraziləri işğal olunanda ABŞ Konqresi tərəfindən qəbul edilib:"Təsəvvür edin ki, siz işğal altındasınız və Konqres ABŞ hökumətinin Azərbaycana dəstək verməsini qadağan edən qətnamə qəbul edir. Yenə də onların seçimidir. Amma problem ondadır ki, siz birtərəfli addım atsanız, danışıqlar prosesində tam qərəzsiz tərəf ola bilməzsiniz". Onun sözlərinə görə, Azərbaycan dəstək təkliflərini yüksək qiymətləndirir, lakin bu vəziyyətdə hər hansı vasitəçiliyə ehtiyac olduğuna inanmır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/02/459177745_272:0:3003:2048_1920x0_80_0_0_ab0c6da9ea2f4bdd0a0206845afeecdf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
hikmət hacıyev, azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev, abş, ermənistan, azərbaycan və ermənistan arasında müharibə, 907-ci düzəliş
hikmət hacıyev, azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev, abş, ermənistan, azərbaycan və ermənistan arasında müharibə, 907-ci düzəliş
Prezidentin köməkçisi: ABŞ-ın bəyanatları bizi məyus edir
18:10 29.03.2024 (Yenilənib: 19:25 29.03.2024) Azərbaycan Prezidentinin köməkçisi deyib ki, Azərbaycan dəstək təkliflərini yüksək qiymətləndirir, lakin bu vəziyyətdə hər hansı vasitəçiliyə ehtiyac olduğuna inanmır.
BAKI, 29 mart — Sputnik. ABŞ-nin Bakı ilə İrəvan arasında sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidir.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Phoenix" telekanalına müsahibəsində deyib.
"ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir. Onlar Azərbaycana qarşı birtərəfli mövqe tutaraq "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi qəbul etdilər. Bu, ABŞ hökumətinin Azərbaycana yardımına qadağa qoyulması deməkdir. Azərbaycanın isə heç bir köməyə ehtiyacı yoxdur. Biz yardım alan ölkə deyilik" - o bildirib.
Amma fakt budur ki, 907-ci düzəliş hələ 1992-ci ildə, Azərbaycan əraziləri işğal olunanda ABŞ Konqresi tərəfindən qəbul edilib:
"Təsəvvür edin ki, siz işğal altındasınız və Konqres ABŞ hökumətinin Azərbaycana dəstək verməsini qadağan edən qətnamə qəbul edir. Yenə də onların seçimidir. Amma problem ondadır ki, siz birtərəfli addım atsanız, danışıqlar prosesində tam qərəzsiz tərəf ola bilməzsiniz".
Onun sözlərinə görə, Azərbaycan dəstək təkliflərini yüksək qiymətləndirir, lakin bu vəziyyətdə hər hansı vasitəçiliyə ehtiyac olduğuna inanmır.