https://sputnik.az/20240329/guneyden-gelen-telebeler-tehsil-haqqindan-azad-edilmelidir---deputatdan-teklif-463581785.html
Güneydən gələn tələbələr təhsil haqqından azad edilməlidir - deputatdan təklif
Güneydən gələn tələbələr təhsil haqqından azad edilməlidir - deputatdan təklif
Sputnik Azərbaycan
Deputat bildirib ki, Azərbaycan sərhədlərindən kənarda yaşayan soydaşlarımızın da problemlərini düşünməliyik. 29.03.2024, Sputnik Azərbaycan
2024-03-29T16:09+0400
2024-03-29T16:09+0400
2024-03-29T16:27+0400
cəmiyyət
millət vəkili sabir rüstəmxanlı
sabir rüstəmxanlı
güney azərbaycan
tələbə
təhsil haqqı
"təhsil haqqında" qanun
https://cdnn1.img.sputnik.az/img/41186/09/411860944_0:0:1200:676_1920x0_80_0_0_3e95aa2422a6b7e79c343d009a087bf3.jpg
BAKI, 29 mart - Sputnik. Azərbaycan dövlətinin şəhid ailələrinin, qazilərin problemlərinin həlli istiqamətində atdığı növbəti addım bu gün müzakirə olunan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdir.Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.Deputat bildirib ki, Azərbaycan sərhədlərindən kənarda yaşayan soydaşlarımızın da problemlərini düşünməliyik:“Azərbaycanda güneydən gələn xeyli tələbə təhsil alır, təhsil haqqının miqdarına görə təhsillərini yarımçıq qoyanlar var. Güneydən gələnlərin də təhsil haqqından azad olunmasını təklif edirəm. Vaxtilə müxtəlif ölkələrə sürgün olunmuş, repressiya edilmiş vətəndaşlarımız var ki, onların övladları da Azərbaycana gələrək təhsil ala bilmir. Bu, prinsipial məsələdir, həll olunmalıdır. Türkiyədə digər türk dövlətlərindən gələn tələbələrə güzəştlər edilir. Bizim bütün türk dövlətlərindən gələn tələbələrə güzəşt tətbiq etməyimizə imkan olmaz, amma tək-tək buna başlamalıyıq. O zaman inteqrasiya prosesi sürətlənəcək”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41186/09/411860944_109:0:1029:690_1920x0_80_0_0_172dcf43acaf746c886e95492cdc06d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
millət vəkili sabir rüstəmxanlı, sabir rüstəmxanlı, güney azərbaycan, tələbə, təhsil haqqı, "təhsil haqqında" qanun
millət vəkili sabir rüstəmxanlı, sabir rüstəmxanlı, güney azərbaycan, tələbə, təhsil haqqı, "təhsil haqqında" qanun
Güneydən gələn tələbələr təhsil haqqından azad edilməlidir - deputatdan təklif
16:09 29.03.2024 (Yenilənib: 16:27 29.03.2024) Deputat bildirib ki, Azərbaycan sərhədlərindən kənarda yaşayan soydaşlarımızın da problemlərini düşünməliyik.
BAKI, 29 mart - Sputnik. Azərbaycan dövlətinin şəhid ailələrinin, qazilərin problemlərinin həlli istiqamətində atdığı növbəti addım bu gün müzakirə olunan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, Azərbaycan sərhədlərindən kənarda yaşayan soydaşlarımızın da problemlərini düşünməliyik:
“Azərbaycanda güneydən gələn xeyli tələbə təhsil alır, təhsil haqqının miqdarına görə təhsillərini yarımçıq qoyanlar var. Güneydən gələnlərin də təhsil haqqından azad olunmasını təklif edirəm. Vaxtilə müxtəlif ölkələrə sürgün olunmuş, repressiya edilmiş vətəndaşlarımız var ki, onların övladları da Azərbaycana gələrək təhsil ala bilmir. Bu, prinsipial məsələdir, həll olunmalıdır. Türkiyədə digər türk dövlətlərindən gələn tələbələrə güzəştlər edilir. Bizim bütün türk dövlətlərindən gələn tələbələrə güzəşt tətbiq etməyimizə imkan olmaz, amma tək-tək buna başlamalıyıq. O zaman inteqrasiya prosesi sürətlənəcək”.