Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

AŞ-nin "Crocus City" terroruna reaksiya verməməsi biabırçılıqdır - Rusiya XİN-in rəsmisi

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.03.2024
Abunə olmaq
Zaxarova xatırladıb ki, Rusiya Federasiyası öz təşəbbüsü ilə iki ildən artıqdır ki, təşkilata üzvlüyünü dayandırıb.
BAKI, 29 mart — Sputnik. "Crocus City Hall"da baş vermiş terror aktına Avropa Şurası (AŞ) rəhbərliyinin reaksiya verməməsi təşkilatın tarixində növbəti biabırçı səhifədir ki, bu da onun hüquqi və ekspert mexanizminin qərəzsizliyini şübhə altına alır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, təşkilat faktiki olaraq siyasi ikiüzlülük və ikili standartlara aludə olub, ümidsiz şəkildə özünü "Avropanın vicdanı" adlandırmağa və Avropa qitəsində insan hüquqlarının əsas müdafiəçisi roluna iddialı olmağa çalışır. Zaxarova qeyd edib ki, Avropa Şurası onun liderlərinin və tərəfdarlarının siyasi mədəniyyətinin və analitik təfəkkürünün əsl səviyyəsini açıq şəkildə nümayiş etdirir.
"Strasburqdan gələn belə bir xətt bugünkü Avropa Şurasının və kollektiv Qərb ölkələrində siyasi təbəqənin dərin deqradasiyasını bir daha təsdiqləyir" – diplomat bildirib.
Zaxarova əlavə edib ki, Rusiyanın Avropa Şurasının köməyinə ehtiyacı yoxdur. O xatırladıb ki, Rusiya Federasiyası öz təşəbbüsü ilə iki ildən artıqdır ki, təşkilata üzvlüyünü dayandırıb, bununla əlaqədar Rusiya Prezidenti Vladimir Putin Avropa Şurasının beynəlxalq müqavilələrinə xitam verilməsi haqqında qanun imzalayıb.
"Mülki insanlara qarşı vəhşicəsinə hücuma prinsipial reaksiyanın olmaması Avropa Şurası rəhbərliyinin beynəlxalq sabitliyin təmin edilməsinə, terrorizmə, ekstremizmə və zəmanəmizin digər çağırışlarına qarşı mübarizəyə, insan hüquqlarının qorunmasına və digər çağırışlara töhfə vermək qabiliyyətinə dair əsaslı suallar yaradır. Rusiya AŞ-nin ixtisaslaşmış hüquqi və ekspert vasitələrinin qərəzsizliyinə və aktuallığına şübhə ilə yanaşır" - Rusiya XİN rəsmisi vurğulayıb.
Xəbər lenti
0