https://sputnik.az/20240329/aglaya-aglaya-teqaude-gedenler-var---siyavus-novruzov-463588636.html
Ağlaya-ağlaya təqaüdə gedənlər var - Siyavuş Novruzov
Ağlaya-ağlaya təqaüdə gedənlər var - Siyavuş Novruzov
Sputnik Azərbaycan
Deputat pensiya yaşı məsələsində bölgüyə gedilməli olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, 65 yaşında heç bir müəllim təqaüdə getmək istəmir. O... 29.03.2024, Sputnik Azərbaycan
2024-03-29T16:55+0400
2024-03-29T16:55+0400
2024-03-29T19:26+0400
siyavuş novruzov
cəmiyyət
pensiya
əmək məcəlləsi
milli məclis
kişilər
https://cdnn1.img.sputnik.az/img/40387/91/403879135_0:0:1800:1014_1920x0_80_0_0_289aed8644a691ebc4d697584eb8001b.jpg
BAKI, 29 mart — Sputnik. "Azərbaycanda son 20 ildə 700-dən çox tibb müəssisəsi tikilərək istifadəyə verilib. Azərbaycanda tibbin səviyyəsi heç də aşağı deyil". Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Siyavuş Novruzov bildirib ki, heç bir ölkədə insanları ildə 2 dəfə pulsuz müayinədən keçirmək məsələsi yoxdur: "Amma bu, Azərbaycanda həyata keçirilir. Prezident müraciət edir ki, insanlar ildə 2 dəfə müayinədən keçsin". Deputat pensiya yaşı məsələsində bölgüyə gedilməli olduğunu diqqətə çatdırıb: "65 yaşında heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən səhiyyə sahəsində çalışanlar bununla razılaşmır və xahiş edirlər ki, müddət uzadılsın. Neft şirkətində isə 65 yaşında təqaüdə göndərilən ağlaya-ağlaya gedir. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 300-dən artıq sahə var ki, o sahələrdə çalışanlar erkən pensiyaya çıxa bilərlər. Azərbaycan Milli Elmlər Akademiyasında, dövlət qulluğunda çalışanlar 65 yaşda təqaüdə getmək istəmir. 65 yaşında kişi gedib bina tikə bilməz, daş qaldıra bilməz. Amma 65 yaşında kişi auditoriyaya girib mühazirə oxuya bilər". Deputat Sabir Rüstəmxanlı isə həmkarının fikri ilə razılaşmayıb: "Təqaüdə çıxmaq insanı işdən məhrum etmək deyil. Sadəcə insanlar istəyir daha tez təqaüdə çıxsınlar, imkanları olsa, yenə də işləsinlər". Qeyd edək ki, Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəlləyə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
https://sputnik.az/20240329/azerbaycanda-kisilerin-5-il-erken-pensiyaya-cixmaq-huququ-taninacaq-463582633.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40387/91/403879135_200:0:1800:1200_1920x0_80_0_0_961af86d8f86081bfaa88c267d6568e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
siyavuş novruzov, pensiya, əmək məcəlləsi, milli məclis, kişilər
siyavuş novruzov, pensiya, əmək məcəlləsi, milli məclis, kişilər
Ağlaya-ağlaya təqaüdə gedənlər var - Siyavuş Novruzov
16:55 29.03.2024 (Yenilənib: 19:26 29.03.2024) Deputat pensiya yaşı məsələsində bölgüyə gedilməli olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, 65 yaşında heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən səhiyyə sahəsində çalışanlar bununla razılaşmır.
BAKI, 29 mart — Sputnik. "Azərbaycanda son 20 ildə 700-dən çox tibb müəssisəsi tikilərək istifadəyə verilib. Azərbaycanda tibbin səviyyəsi heç də aşağı deyil".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov bildirib ki, heç bir ölkədə insanları ildə 2 dəfə pulsuz müayinədən keçirmək məsələsi yoxdur: "Amma bu, Azərbaycanda həyata keçirilir. Prezident müraciət edir ki, insanlar ildə 2 dəfə müayinədən keçsin".
Deputat pensiya yaşı məsələsində bölgüyə gedilməli olduğunu diqqətə çatdırıb:
"65 yaşında heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən səhiyyə sahəsində çalışanlar bununla razılaşmır və xahiş edirlər ki, müddət uzadılsın. Neft şirkətində isə 65 yaşında təqaüdə göndərilən ağlaya-ağlaya gedir. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 300-dən artıq sahə var ki, o sahələrdə çalışanlar erkən pensiyaya çıxa bilərlər. Azərbaycan Milli Elmlər Akademiyasında, dövlət qulluğunda çalışanlar 65 yaşda təqaüdə getmək istəmir. 65 yaşında kişi gedib bina tikə bilməz, daş qaldıra bilməz. Amma 65 yaşında kişi auditoriyaya girib mühazirə oxuya bilər".
Deputat Sabir Rüstəmxanlı isə həmkarının fikri ilə razılaşmayıb: "Təqaüdə çıxmaq insanı işdən məhrum etmək deyil. Sadəcə insanlar istəyir daha tez təqaüdə çıxsınlar, imkanları olsa, yenə də işləsinlər".
Qeyd edək ki, Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəlləyə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.