https://sputnik.az/20240328/taksiler-bir-olmur-atam-balasi-agi-var-qirmizisi-varbu-avtomobillere-dair-telebler--463561418.html
Taksilər "bir olmur, atam balası", ağı var, qırmızısı var - Rəngə dair yeni tələblər
Taksilər "bir olmur, atam balası", ağı var, qırmızısı var - Rəngə dair yeni tələblər
Sputnik Azərbaycan
Taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə olmalıdır. 28.03.2024, Sputnik Azərbaycan
2024-03-28T17:36+0400
2024-03-28T17:36+0400
2024-03-28T18:00+0400
taksi
cəmiyyət
rəng
https://cdnn1.img.sputnik.az/img/42214/27/422142731_0:192:1920:1272_1920x0_80_0_0_19b085604bc24ab65e07db6c0224647c.jpg
BAKI, 28 mart — Sputnik. Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də əksini tapıb. Qərara əsasən, taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə "Taksi" sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi "taksi" fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur) və ya hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlılardan ibarət kompozisiyalı fərqləndirici nişanı qoyulduqda, bu Tələblərin 2 nömrəli əlavəsində göstərilən qaydada olmalıdır. Tələblərə əsasən, taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42214/27/422142731_0:0:1708:1280_1920x0_80_0_0_4ec454fd674a1555b40e650eeafe7312.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taksi, rəng
Taksilər "bir olmur, atam balası", ağı var, qırmızısı var - Rəngə dair yeni tələblər
17:36 28.03.2024 (Yenilənib: 18:00 28.03.2024) Taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə olmalıdır.
BAKI, 28 mart — Sputnik. Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib.
Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də əksini tapıb.
Qərara əsasən, taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə "Taksi" sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi "taksi" fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur) və ya hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlılardan ibarət kompozisiyalı fərqləndirici nişanı qoyulduqda, bu Tələblərin 2 nömrəli əlavəsində göstərilən qaydada olmalıdır.
Tələblərə əsasən, taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır.
Taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında yerləşdirilməli və həmin avtomobilin boş və ya dolu olduğunu bildirməklə müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.