Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Şagirdlər arasında bulinq necə yayılır? VİDEO

Abunə olmaq
O deyib ki, bulinq törədən uşaqlar məktəbdə yox, ailələrdə yetişir.
BAKI, 28 mart - Sputnik. "Bulinqin kökü məktəblərdə yox, ailələrdə qoyulur". Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində qonaq olan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. O deyib ki, bulinq törədən uşaqlar məktəbdə yox, ailələrdə yetişir.

"Əgər uşaq ailədə bulinqə məruz qalırsa, məktəbdə qısnamaya məruz qaldıqda buna sərt reaksiya verə bilmir. Bu yaxınlarda Bakı məktəblərindən birində bulinq hadisəsi baş verdi. Bulinqə məruz qalan qızın üzünün ifadəsində də görünürdü ki, o, ailəsi tərəfindən müdafiə olunmur. Bulinq problemi ailələrdən qaynaqlanır. Məktəblərdə isə bu proses inkişaf edir" - Kəmalə Ağazadə bildirib.

Birlik sədri əlavə edib ki, Azərbaycan məktəblərində şagirdlərlə psixoloji iş ürəkaçan vəziyyətdə deyil. K.Ağazadənin sözlərinə görə, məktəblərdə lazımi sayda və ixtisaslı psixoloqlar yoxdur.
K.Ağazadə şagirdlərin psixoloji pasportunun hazırlanmasını da onların hüququnun pozulması kimi dəyərləndirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0