https://sputnik.az/20240328/rusiya-ve-azerbaycan-mugennileri-terrorda-yaralananlara-yardim-etmek-qerarina-gelibler-463560187.html
Rusiya və Azərbaycan müğənniləri terrorda yaralananlara yardım etmək qərarına gəliblər
Rusiya və Azərbaycan müğənniləri terrorda yaralananlara yardım etmək qərarına gəliblər
Sputnik Azərbaycan
Albomun ərsəyə gəlməsində Emin Ağalarov, Valeriya, Lyusya Çebotina, Polina Qaqarina, Elman Zeynalov və s. kimi tanınmış müğənnilər iştirak ediblər. 28.03.2024, Sputnik Azərbaycan
2024-03-28T20:46+0400
2024-03-28T20:46+0400
2024-03-28T20:46+0400
rusiya
"crocus city"də terror aktı
crocus city hall
müslüm maqomayev
mahnı
albom
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1e/424570943_0:259:3072:1987_1920x0_80_0_0_65320c4493ac0112ff7c5fba10e0f838.jpg
BAKI, 28 mart - Sputnik. Rusiya və Azərbaycan ifaçıları əfsanəvi azərbaycanlı, SSRİ xalq artisti Müslüm Maqomayevin hitlərindən ibarət “Səsimi eşit” (“Qolos moy uslış”) adlı birgə albom buraxıblar. Layihə sənətçilər tərəfindən cəmi iki gün ərzində həyata keçirilib. Albomun ərsəyə gəlməsində iştirak edən Nəvai "Sinyaya veçnost" (Mavi əbədiyyət) mahnısını, "Lyube" qrupu və Vanya Dmitriyenko "Pesnya o dolyokom rodine" (Uzaq vətən haqqında mahnı), Valeriya və Amirçik "Blaqodaryu tebya" (Təşəkkür edirəm), “The Limba” və Stas Mixaylov "Nadejda" (Ümid), Yuliya Parşuta və Emin Ağalarov "Noktürn", Miravi və Merab Amzoevi "Şum beryoz" (Tozağaclarının səsi), Hammali və Lyusya Çebotina "Ti moya melodiya" (Sən mənim melodiyamsan), “Mery Gu” və “Loc-dog” "Tvoi sledi" (Sənin izlərin), “Magan” və “Scirena” “Rapsodiya lyubvi” (Məhəbbət rapsodiyası), Elman Zeynalov, Toni və Seville “Ne speşi” (Tələsmə), Polina Qaqarina “Juravli” (Durnalar), Basta, Mona, “Tri dnya dojdya” (Üç gün yağış) qrupu və Vladimir Presnyakov “Luç solntsa zolotova” (Qızıl günəş şüası) mahnılarını ifa ediblər. Albom bütün rəqəmsal platformalarda təqdim olunur. Dinləmələrdən əldə edilən bütün vəsait martın 22-də "Crocus City Hall"da baş vermiş terror aktından zərərçəkənlərə yardım üçün xərclənəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1e/424570943_341:0:3072:2048_1920x0_80_0_0_d69d3bfed9f8ec2058644dd8327dd4b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
rusiya, crocus city hall , müslüm maqomayev, mahnı, albom
rusiya, crocus city hall , müslüm maqomayev, mahnı, albom
Rusiya və Azərbaycan müğənniləri terrorda yaralananlara yardım etmək qərarına gəliblər
Albomun ərsəyə gəlməsində Emin Ağalarov, Valeriya, Lyusya Çebotina, Polina Qaqarina, Elman Zeynalov və s. kimi tanınmış müğənnilər iştirak ediblər.
BAKI, 28 mart - Sputnik. Rusiya və Azərbaycan ifaçıları əfsanəvi azərbaycanlı, SSRİ xalq artisti Müslüm Maqomayevin hitlərindən ibarət “Səsimi eşit” (“Qolos moy uslış”) adlı birgə albom buraxıblar.
Layihə sənətçilər tərəfindən cəmi iki gün ərzində həyata keçirilib. Albomun ərsəyə gəlməsində iştirak edən Nəvai "Sinyaya veçnost" (Mavi əbədiyyət) mahnısını, "Lyube" qrupu və Vanya Dmitriyenko "Pesnya o dolyokom rodine" (Uzaq vətən haqqında mahnı), Valeriya və Amirçik "Blaqodaryu tebya" (Təşəkkür edirəm), “The Limba” və Stas Mixaylov "Nadejda" (Ümid), Yuliya Parşuta və Emin Ağalarov "Noktürn", Miravi və Merab Amzoevi "Şum beryoz" (Tozağaclarının səsi), Hammali və Lyusya Çebotina "Ti moya melodiya" (Sən mənim melodiyamsan), “Mery Gu” və “Loc-dog” "Tvoi sledi" (Sənin izlərin), “Magan” və “Scirena” “Rapsodiya lyubvi” (Məhəbbət rapsodiyası), Elman Zeynalov, Toni və Seville “Ne speşi” (Tələsmə), Polina Qaqarina “Juravli” (Durnalar), Basta, Mona, “Tri dnya dojdya” (Üç gün yağış) qrupu və Vladimir Presnyakov “Luç solntsa zolotova” (Qızıl günəş şüası) mahnılarını ifa ediblər.
"Bizim həyatımız martın 22-də baş verən o faciəli hadisələrdən "əvvəl" və "sonra"ya bölünür. Gündəlik həyata qayıtmaq çox çətindir, ancaq “nə edirsən et, olacağa çarə yoxdur”. Musiqi şəfa verir. Biz sənətçilər, indicə "Crocus City Hall"un adını daşıyan Müslüm Maqomayevin əfsanəvi bəstələrindən ibarət albomunu yazıb ərsəyə gətirdik. Gəlin birlikdə yaxşı işlər görək!”, - Valeriya sosial şəbəkələrdə yazıb.
Albom bütün rəqəmsal platformalarda təqdim olunur. Dinləmələrdən əldə edilən bütün vəsait martın 22-də "Crocus City Hall"da baş vermiş terror aktından zərərçəkənlərə yardım üçün xərclənəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.