DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstan Rusiyaya qarşı sanksiyalarla bağlı mümkün riskləri izləyir - Ticarət Nazirliyi

© Sputnik / Vladimir SergeevRusiya və Avropa İttifaqının bayraqları. Arxiv şəkli
Rusiya və Avropa İttifaqının bayraqları. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Abunə olmaq
Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib, onun çərçivəsində 106 fiziki və 88 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
BAKI, 28 mart — Sputnik. Qazaxıstan hökuməti Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları ilə bağlı mümkün riskləri izləyir. Bu barədə jurnalistlərə Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev məlumat verib.

"Dialoqun aparıldığı dövlətlərin rəsmi mövqeyi ondan ibarətdir ki, Qazaxıstanın yenidən ixrac həyata keçirməsi ilə bağlı heç bir məlumat yoxdur. Bildiyiniz kimi, hökumətin nəzdində baş nazirin müavininin rəhbərlik etdiyi işçi qrup var. Həmin qrup Rusiyaya qarşı sanksiyalarla bağlı Qazaxıstan üçün mümkün risklərə tam nəzarət edir", - deyə Torebayev Qazaxıstanda ikili təyinatlı malların təkrar ixracını həyata keçirən şirkətlərin reyestrinin olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Torebayev əmin edib ki, Qazaxıstanda belə malların yenidən ixracı ilə məşğul olan şirkətlər yoxdur.
Bundan əvvəl Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib, onun çərçivəsində 106 fiziki və 88 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Brüsselin məlumatına görə, sanksiyaları aradan qaldırmaq üçün Rusiyanın fəaliyyətində iştirak edən Qazaxıstanın "Elem Group" şirkəti sanksiyalar siyahısına daxil edilib. "Elem Group" elektron və telekommunikasiya avadanlıqlarının və onların ehtiyat hissələrinin ticarəti ilə məşğul olur.
Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidməti qeyd edib ki, "Elem Group" ötən ildən idxal və ixrac fəaliyyəti həyata keçirməyib və hazırda ləğvetmə prosesindədir. Nazirlik bəyan edib ki, Qazaxıstan tərəfi Rusiya ilə ticarətdə heç bir sanksiya və ya məhdudiyyət tətbiq etmir, lakin Qazaxıstan şirkətlərinə qarşı sanksiyaların tətbiq edilməməsi üçün öz ərazisinin Qərb ölkələrinin sanksiyalarından yan keçmək üçün istifadə edilməsinin qarşısını almağa çalışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0