Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

Peskov Putinin terror aktından sonra "Crocus"a niyə getmədiyinə aydınlıq gətirdi

© Sputnik / Максим Блинов / Mediabanka keçidCrocus
Crocus - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Abunə olmaq
Peskov istintaq orqanları və xüsusi xidmət orqanlarının "Crocus"da törədilən terror aktı üzərində işlədiyini və nəticələr üçün vaxt lazım olduğunu dilə gətirib.
BAKI, 28 mart - Sputnik. "Crocus City Hall"da baş vermiş terror aktından dərhal sonra insanların xilası üçün bütün tədbirlər görülüb. Rusiya Prezidenti Vladimir Putin terror aktından dərhal sonra insanları xilas etmək və yanğını söndürmək üçün qərargahın işinə mane olmamaq məqsədilə “Crocus City Hall”a getməyib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, terror aktının ilk dəqiqələrindən etibarən insanların xilas edilməsi və yardımların göstərilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıb.

"Terror aktı zamanı həlak olanların ailələrinə və zərərçəkənlərə hər cür yardım göstərilir. Putinin iştirakı ilə təmaslar lazım olarsa, Kreml məlumat verəcək. Terrordan zərərçəkənlərə və həlak olanların ailələrinə yardımın göstərilməsi istiqamətində işlər mümkün qədər tez təşkil olunub və davam etdirilir" - Kremlin sözçüsü vurğulayıb.

© Sputnik / Александр Казаков / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Заместитель руководителя администрации президента, пресс-секретарь президента РФ Дмитрий Песков  - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Peskov istintaq orqanları və xüsusi xidmət orqanlarının "Crocus"da törədilən terror aktı üzərində işlədiyini, əsaslandırılmış nəticələr üçün vaxt lazım olduğunu da əlavə edib.
KP.RU saytı yazıb ki, Rusiya prezidenti “Crocus City Hall”da baş verən terror aktının radikal islamçılar tərəfindən törədildiyini bildirib. Rusiyanı sifarişçinin kim olması maraqlandırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0