https://sputnik.az/20240328/kahramanmarasda-bir-sira-kucelere-azerbaycanin-sehidlerinin-adlari-verilib-463556882.html
Kahramanmaraşda bir sıra küçələrə Azərbaycanın şəhidlərinin adları verilib
Kahramanmaraşda bir sıra küçələrə Azərbaycanın şəhidlərinin adları verilib
Sputnik Azərbaycan
Otuz doqquz küçəyə Azərbaycanla Ermənistan arasında gedən gərginlik və müharibələr zamanı ən çox itki verən şəhərlərin və şəhidlərin adları verilib. 28.03.2024, Sputnik Azərbaycan
2024-03-28T15:53+0400
2024-03-28T15:53+0400
2024-03-28T16:06+0400
kahramanmaraş
dünya xəbərləri
küçə
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452188989_0:160:3072:1888_1920x0_80_0_0_98ba0cf09f002879734156e78f71a0cf.jpg
BAKI, 28 mart — Sputnik. Türkiyədə 2023-cü il 6 fevral zəlzələlərindən sonra Kahramanmaraş vilayətində azərbaycanlı iş adamlarının qurduğu konteyner şəhərdə bir sıra küçələrə Azərbaycanın şəhərlərinin və şəhidlərinin adları verilib. "Turkic World"-un verdiyi məlumata görə, bu çərçivədə bəzi Azərbaycan qeyri-hökumət təşkilatlarının yaratdığı "Qardaş Köməyi" platforması tərəfindən Türkoğlu rayonundakı logistika mərkəzində 453 konteynerdən ibarət Azərbaycan Türkiyə Qardaşlıq Müvəqqəti Sığınacaq Mərkəzi qurulub. Kondisionerdən çarpayıya, soyuducudan xalçaya qədər bütün interyer ləvazimatları azərbaycanlı iş adamları tərəfindən təmin edilən və 1700 zəlzələ qurbanının məskunlaşdığı müvəqqəti sığınacaq mərkəzində 39 küçəyə Azərbaycanla Ermənistan arasında gedən gərginlik və müharibələr zamanı ən çox itki verən şəhərlərin və şəhidlərin adları verilib. Xocalı, Qarabağ, Laçın, Gəncə, Şuşa, Füzuli, Bərdə, Tərtər, Ağdam şəhərləri və Mübariz İbrahimov, Məmmədov Murad, Əhmədov Elbrus kimi şəhidlərin adlarının yaşadıldığı küçələr müvəqqəti sığınacaqda məskunlaşan zəlzələ qurbanlarını qürurlandırır. Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452188989_171:0:2902:2048_1920x0_80_0_0_8a48c5eec09f508b4ec2c51a871f9951.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kahramanmaraş, küçə
Kahramanmaraşda bir sıra küçələrə Azərbaycanın şəhidlərinin adları verilib
15:53 28.03.2024 (Yenilənib: 16:06 28.03.2024) Otuz doqquz küçəyə Azərbaycanla Ermənistan arasında gedən gərginlik və müharibələr zamanı ən çox itki verən şəhərlərin və şəhidlərin adları verilib.
BAKI, 28 mart — Sputnik. Türkiyədə 2023-cü il 6 fevral zəlzələlərindən sonra Kahramanmaraş vilayətində azərbaycanlı iş adamlarının qurduğu konteyner şəhərdə bir sıra küçələrə Azərbaycanın şəhərlərinin və şəhidlərinin adları verilib.
"Turkic World"-un verdiyi məlumata görə, bu çərçivədə bəzi Azərbaycan qeyri-hökumət təşkilatlarının yaratdığı "Qardaş Köməyi" platforması tərəfindən Türkoğlu rayonundakı logistika mərkəzində 453 konteynerdən ibarət Azərbaycan Türkiyə Qardaşlıq Müvəqqəti Sığınacaq Mərkəzi qurulub.
Kondisionerdən çarpayıya, soyuducudan xalçaya qədər bütün interyer ləvazimatları azərbaycanlı iş adamları tərəfindən təmin edilən və 1700 zəlzələ qurbanının məskunlaşdığı müvəqqəti sığınacaq mərkəzində 39 küçəyə Azərbaycanla Ermənistan arasında gedən gərginlik və müharibələr zamanı ən çox itki verən şəhərlərin və şəhidlərin adları verilib.
Xocalı, Qarabağ, Laçın, Gəncə, Şuşa, Füzuli, Bərdə, Tərtər, Ağdam şəhərləri və Mübariz İbrahimov, Məmmədov Murad, Əhmədov Elbrus kimi şəhidlərin adlarının yaşadıldığı küçələr müvəqqəti sığınacaqda məskunlaşan zəlzələ qurbanlarını qürurlandırır.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.