Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bakıya rəğmən qurulan planlar nəyə hesablanıb?

© Sputnik / Ilham MustafayevBayraq
Bayraq - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Abunə olmaq
Millət vəkili bildirir ki, rəsmi Bakı özünə qarşı yönəlmiş istənilən addımların, qəbul ediləcək qərarların adekvat cavabını verəcək.
BAKI, 28 mart — Sputnik. Aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək. Rəsmi Bakı bu təşəbbüsü etirazla qarşılayıb. Azərbaycan XİN rəsmisi Ayxan Hacızadə bildirib ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır.
Bəs bu müştərək konfrans niyə rəsmi Bakının qınağına səbəb olub?
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a fikirlərini bölüşüb.
Rəsmi Paris Ermənistandan Rusiyaya qarşı istifadə edir
Millət vəkili Arzu Nağıyev deyir ki, Aİ-Ermənistan-ABŞ müştərək konfransı qərəzli sayılmalıdır: "Aİ-ABŞ ikilisinin Ermənistandan istifadə etməkdə məqsədləri bu ölkəni Rusiyadan uzaqlaşdırmaqdır. Çünki Ermənistan Rusiya ilə birgə strukturlarda fəaliyyətini hələ də davam etdirir. Eyni zamanda Ermənistan Rusiya ilə strateji partnyordur. Ermənistanın öz strateji partnyoru olduğu halda belə bir konfransda iştirakı sual doğurur. Məlumdur ki, burada Aİ adı altında əsas təşəbbüskar Fransadır. Biz bu ölkənin Rusiya ilə son dövrlər olan münasibətinin gərginlik səviyyəsini görürük. Rəsmi Paris Ermənistandan Rusiyaya qarşı istifadə edir".
© Sputnik / Murad Orujov Arzu Nağıyev
Арзу Нагиев - Sputnik Azərbaycan, 1920, 27.03.2024
Arzu Nağıyev
Qərb Ukrayna məsələsində fiaskoya uğrayıb
Millət vəkili vurğulayıb ki, Qərb Ukrayna məsələsində fiaskoya uğrayıb: "İndi də onlar MDB məkanında Moldova və Ermənistandan istifadə etməyə çalışırlar. Məhz bölgədə söz sahibi olan Azərbaycanı konfransdan ayrı tutmaq çox böyük siyasi səhvdir. Ermənistan da gözəl başa düşür ki, ondan minkilometrlərlə uzaqda yerləşən ölkələr gəlib onlara himayədarlıq edə bilməyəcək. Baxmayaraq ki, onlar silah göndərir, siyasi dəstək göstərir, vizual müşahidəçilər cəlb ediblər. Ermənistan unutmasın ki, Rusiyanın Ermənistandan və regiondan çıxmaq fikri yoxdur. Çünki NATO-Rusiya sərhədi Türkiyə-Ermənistan sərhədidir. Rəsmi Bakı özünə qarşı yönəlmiş istənilən addımların, qəbul ediləcək qərarların adekvat cavabını verəcək".
Ermənistan və havadarları yeni qarşıdurma planlarını həyata keçirmək niyyətindədirlər
Politoloq Tofiq Abbasovun sözlərinə görə, Azərbaycanın narahatlığına səbəb olan əsas amil odur ki, bizim sülh təklifi ilə çıxış etməyimizin qarşılığı olaraq Ermənistan və havadarları yeni qarşıdurma, eskalasiya planlarını həyata keçirmək niyətindədirlər.
© Sputnik / Murad OrujovTofiq Abbasov
Политолог Тофик Аббасов - Sputnik Azərbaycan, 1920, 27.03.2024
Tofiq Abbasov
Politoloqun sözlərinə görə, Qərb dairələri Cənubi Qafqazı dünyanın ən trubulent bölgələrindən biri kimi təqdim edir: "Onlar göstərməyə çalışırlar ki, burada sülh imkanları sıfır səviyyəsindədir və guya Azərbaycan Ermənistana hücum edəcək. Əlbəttə ki, bu iddialar hamısı əsassızdır və qondarma bəhanələrdir. Qərbin istəyi Cənubi Qafqazda öz mövcudluğunu təmin etməkdir. Bu mövcudluq qismən təmin edilib. Onlar vətəndaş missiyası adı altında bölgəyə yerləşiblər. Həmin missiyanın üzvləri keçmiş casuslar, agentlər, jandarmlardır. Bu missiya hərbi funksiyaları icra edir. Çalışırlar ki, bölgəyə Qərbin hərbi kontingenti yerləşdirilsin, Rusiya ilə İranın rolu sıfırlansın, Türkiyənin proseslərdə iştirak istiqamətləri dəyişdirilsin. Bunlar yetərincə təhlükəli proseslərdir. Azərbaycanın sülhə yönəlmiş təşəbbüsləri fonunda Qərbin addımları sülhyönümlü deyil".
Azərbaycanın dostları buna imkan vermədilər
"Bir zamanlar Fransanın belə bir niyyəti var idi ki, bölgəyə sülhməramlı adı altında öz hərbi kontingentini yerləşdirsinlər. BMT TŞ-də bununla bağlı cəhdlər edilsə də, Azərbaycanın dostları buna imkan vermədilər. Həmin cəhdləri baş tutmadı deyə, yeni addımlar atmağa başladılar ki, bölgədə vəziyyəti gərginləşdirsinlər. Bütün bunlar Ermənistana yaxşı heç nə vəd etmir. Aprelin 5-də keçiriləcək Brüssel görüşündə NATO rəsmilərinin iştirakını nəzərə almalıyıq. Bir müddət əvvə l bölgəyə NATO-nun baş katibi Yens Stoltenberq səfər etdi. Açıq-aşkar görünən odur ki, bütün proseslər həbi-siyasi prizmadan nəzərdən keçirilir və onlar hərbi kontingentlərini Cənubi Qafqaza gətirmək niyyətindədirlər", – politoloq qeyd edib.
Xəbər lenti
0