Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Attestatla xaricdə universitetə qəbul olanlar yerli təhsil müəssisələrinə köçürüləcək?

© iStock.com / monkeybusinessimagesAuditoriyada tələbələr, arxiv
Auditoriyada tələbələr, arxiv - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Abunə olmaq
Ekspert bildirib ki, tələbə köçürülməsi zamanı onun topladığı bal önəm daşıyır.
BAKI, 28 mart — Sputnik. Sosial şəbəkələrdə Türkiyənin ali məktəblərinə attestatla qəbul olan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsinin mümkün olacağı barədə məlumat yayılıb. Sputnik Azərbaycan Türkiyədə universitetlərə attestatla qəbul olunan tələbələrin hansı halda köçürülməsinin mümkünlüyünü araşdırıb.
Təhsil üzrə ekspert Elçin Əfəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Türkiyədə və yaxud digər ölkələrdə attestatla ali məktəbə qəbul olunan tələbələrin müəyyən şərtlərə cavab verdiyi halda Azərbaycandakı ali təhsil ocaqlarına köçürülməsi mümkündür. Ekspert deyib ki, bunun üçün həmin tələbələr iki meyara uyğun gəlməlidirlər. Yalnız bu halda Azərbaycandakı ali məktəblərə köçürülə bilərlər.
© Sputnik / Nigar İskenderTəhsil eksperti Elçin Əfəndi
Təhsil eksperti Elçin Əfəndi  - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Təhsil eksperti Elçin Əfəndi

"Birinci növbədə tələbənin SAT imtahanından 1200 bal nəticəsi olmalıdır. Yaxud YÖS imtahanında 75 faiz nəticəsi olmalıdır. Həmçinin tələbə qəbul olunduğu ali müəssisəsinin "The Times Higher Education World University Rankings", "QS World University Rankings", "Academic Ranking of World Universities" (ARWU) reytinq yükü olmalıdır. Tələbə bu beynəlxalq reytinq cədvəllərindən birində ilk 500-lükdə olan universitetdə təhsil alırsa, o zaman köçürülmə edə bilər. Amma biz bütün xarici universitetlərdə təhsil alan tələbələrin köçürüləcəyini söyləyə bilmərik", - Elçin Əfəndi bildirib.

SAT nədir?

SAT (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir.

YÖS nədir?

YÖS (Yabancı Uyruklu Öğrenci Sınavı) Türkiyədəki universitetlərdə təhsil almaq istəyən əcnəbi tələbələrin istifadə etdiyi universitetə qəbul imtahanıdır. YÖS imtahanı mərkəzi imtahan deyil. Türkiyədə təhsil həyatına davam etmək istəyən əcnəbi tələbələr üçün əhəmiyyətli bir imtahandır.

O, əlavə edib ki, Türkiyədə ali məktəblərə attestatla qəbul olan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsinin mümkün olacağı barədə məlumatı yayanlar xaricdə təhsil xidməti göstərən şirkətləridir ki, onlar da bu yolla müştəri cəlb edirlər.
@sputnik.azerbaycan ‼️Xaricdə universitetlərə attestatla qəbul olunan tələbələrin Azərbaycana köçürülməsi mümkündür? #turkiye #türkiye #azerbaycan #azərbaycan #təhsil #tehsil #telebe #tələbə #universitet #kəşfet #xeber #xeberler ♬ оригинальный звук - Sputnik Azərbaycan
Təhsil üzrə ekspert Kamran Əsədov da bildirib ki, tələbə köçürülməsi zamanı onun topladığı bal önəm daşıyır. Onun sözlərinə görə, yalnız bu bala uyğun ixtisasdaxili köçürmə mümkündür. Kamran Əsədov onu da bildirib ki, attestatla xaricdə ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin Azərbaycana köçürülməsinə icazə verilmir.
Ekspert hesab edir ki, bu, tələbələrin konstitutsion hüququnun pozulmasıdır:

"Çünki, indi bəzi ailələr var ki, xaricdə övladlarının təhsilini davam etdirə bilmirlər. Buna maddi imkanları çatmır. Çoxu attestatla qəbul olunduğundan Azərbaycana köçürmə edə bilmir. Halbuki dünyada ali məktəblərə qəbul şərtləri asan, təhsil almaq çətindir".

© Sputnik / Murad OrujovKamran Əsədov
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Kamran Əsədov
Elm və Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, tələbələrin köçürülməsi elektron portal vasitəsilə yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən yalnız bir dəfə həyata keçirilir. Qaydalara əsasən, təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı yarısını toplamayan tələbələrin köçürülməsinə yol verilmir. Bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində sonuncu tədris ilində və ya normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) təhsil alan tələbələrin köçürülməsi də mümkün deyil. Bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində tələbələrin ixtisasının dəyişdirilməsi eyni ixtisas qrupu daxilində aparılır. Magistraturada tələbələrin ixtisaslarını (ixtisaslaşmasını) dəyişdirməsinə yol verilmir.
O ki, qaldı Türkiyə və digər ölkələrdə universitetlərə qəbul olunan tələbələrin köçürülməsinə, nazirlikdən bunun mümkün olmadığını bildirdilər.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, ali təhsil müəssisəsinə tələbə qəbulu imtahanlarında (və ya qəbul imtahanlarının 2-ci mərhələsində) iştirak etməyən və ya iştirak edib xarici dövlətlərin ali təhsil müəssisələrinə tam orta təhsil haqqında dövlət sənədi (attestat) əsasında qəbul olunan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını digər ali təhsil müəssisəsinə, ixtisasa, təhsilalma formasına dəyişdirməsi zamanı aşağıdakı göstəricilərdən biri nəzərə alınır:
beynəlxalq səviyyəli imtahanlarda və ya təhsil aldığı ölkədə ali təhsil müəssisəsinə qəbul olunmaq üçün keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarında qazandığı nəticələr (bakalavriat səviyyəsi üçün SAT imtahanından yeni şkala üzrə ən azı 1200 bal (riyaziyyat üzrə ən azı 650 bal), YÖS imtahanlarında ən azı 75 faiz, ЕГЭ imtahanlarında 300 bal (hər fənn üzrə minimum 75 bal), AP – 3 və ya 4, İB diplom – 25-35, A-Level – C və ya B, ACT – 27 bal);
tələbənin ali təhsil müəssisəsinə qəbul olunduğu ildə həmin ali təhsil müəssisəsinin "Times Higher Education World University Rankings","QS World University Rankings" və "Academic Ranking of World Universities (Shanghai Ranking)" beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində ilk 500 pillədə yer alması.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0