https://sputnik.az/20240327/sahin-mustafayev-moskvadaki-terrorla-bagli-rusiya-sefirliyinde-olub-463526970.html
Şahin Mustafayev Moskvadakı terrorla bağlı Rusiya səfirliyində olub
Şahin Mustafayev Moskvadakı terrorla bağlı Rusiya səfirliyində olub
Sputnik Azərbaycan
Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova başsağlığı verib, həmçinin zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb. 27.03.2024, Sputnik Azərbaycan
2024-03-27T16:56+0400
2024-03-27T16:56+0400
2024-03-27T16:56+0400
şahin mustafayev
"crocus city"də terror aktı
səfirlik
azərbaycandakı səfirliyi
səfirlik
rusiya federasiyasının azərbaycandakı səfirliyi
əklil
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1d/449092580_0:103:2000:1228_1920x0_80_0_0_10b5c9e97c071101959b992577cc3fa3.jpg
BAKI, 27 mart — Sputnik. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyində olub və "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı Xatirə kitabına qeyd qoyub. Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova başsağlığı verib, həmçinin zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb. Qeyd edək ki, "Crocus City Hall"da baş vermiş terror aktı nəticəsində xəsarət alanların sayı 360-a yüksəlib. Bu barədə Fəlakətlər səhiyyəsi mərkəsindən bildirilib. Məlumatda qeyd olunub ki, xəsarət alanlardan 11-i uşaqdır. 22 mart 2024-cü ildə Moskva yaxınlığındakı Crocus City Hall-da terror aktı törədilib. Bir neçə nəfər terrorçu dinc sakinlərə atəş açıb və cinayətkarların hərəkətləri nəticəsində konsert zalının binasında genişmiqyaslı yanğın baş verib. Terror aktı nəticəsində 139 nəfər ölüb, 360 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rusiya Federal Təhlükəsizlik Xidməti terror aktı ilə bağlı 11 nəfərin, o cümlədən terrorda birbaşa iştirakda şübhəli bilinən 4 nəfərin saxlanıldığını açıqlayıb. Saxlanılma Bryansk vilayətində baş verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1d/449092580_114:0:1887:1330_1920x0_80_0_0_daf711e8ae2f6f52ec8977e435e2080e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahin mustafayev, səfirlik, azərbaycandakı səfirliyi, səfirlik, rusiya federasiyasının azərbaycandakı səfirliyi, əklil
şahin mustafayev, səfirlik, azərbaycandakı səfirliyi, səfirlik, rusiya federasiyasının azərbaycandakı səfirliyi, əklil
Şahin Mustafayev Moskvadakı terrorla bağlı Rusiya səfirliyində olub
Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova başsağlığı verib, həmçinin zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.
BAKI, 27 mart — Sputnik. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyində olub və "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı Xatirə kitabına qeyd qoyub.
Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova başsağlığı verib, həmçinin zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki, "Crocus City Hall"da baş vermiş terror aktı nəticəsində xəsarət alanların sayı 360-a yüksəlib. Bu barədə Fəlakətlər səhiyyəsi mərkəsindən bildirilib. Məlumatda qeyd olunub ki, xəsarət alanlardan 11-i uşaqdır.
22 mart 2024-cü ildə Moskva yaxınlığındakı Crocus City Hall-da terror aktı törədilib. Bir neçə nəfər terrorçu dinc sakinlərə atəş açıb və cinayətkarların hərəkətləri nəticəsində konsert zalının binasında genişmiqyaslı yanğın baş verib.
Terror aktı nəticəsində 139 nəfər ölüb, 360 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti terror aktı ilə bağlı 11 nəfərin, o cümlədən terrorda birbaşa iştirakda şübhəli bilinən 4 nəfərin saxlanıldığını açıqlayıb. Saxlanılma Bryansk vilayətində baş verib.