Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

Qərb mediasının nəhəngləri terrorçularla həmrəylik nümayiş etdirirlər - Zaxarova

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.03.2024
Abunə olmaq
Zaxarova sual edib ki, onlar niyə hələ də rusiyalıları öldürməyə çağıran misantropik yazıları silmək qərarına hələ də gəlməyiblər.
BAKI, 27 mart — Sputnik. Qərb mediasının nəhəngləri "Crocus City Hall"dakı terror aktından sonra rusiyalılara qarşı qeyri-insani şərhləri silməkdən imtina edərək terrorçularla həmrəylik nümayiş etdirirlər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Ukrayna sosial şəbəkələrində kinli, qeyri-insani, pis niyyətli şərhlər peyda olub. ABŞ internet nəhənglərinə və platformalarına sual olunur ki, onlar niyə hələ də rusiyalıları öldürməyə çağıran misantropik yazıları silmək qərarına hələ də gəlməyiblər, siz hələ də bunu normal hesab edirsiniz? Belə çıxır ki, konsert zalında dinc sakinləri qətlə yetirən terrorçularla həmrəysiniz", - diplomat deyib.
22 mart 2024-cü ildə Moskva yaxınlığındakı "Crocus City Hall"da terror aktı törədilib. Bir neçə nəfər terrorçu dinc sakinlərə atəş açıb və cinayətkarların hərəkətləri nəticəsində konsert zalının binasında genişmiqyaslı yanğın baş verib.
Terror aktı nəticəsində 140 nəfər ölüb, 359 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti terror aktı ilə bağlı 11 nəfərin, o cümlədən terrorda birbaşa iştirakda şübhəli bilinən 4 nəfərin saxlanıldığını açıqlayıb. Saxlanılma Bryansk vilayətində baş verib.
Xəbər lenti
0