https://sputnik.az/20240327/neftcalada-ekin-sahelerinde-subasma-hallari-ile-bagli-deyen-zerer-qiymetlendirilir-463534081.html
Neftçalada əkin sahələrində subasma halları ilə bağlı dəyən zərər qiymətləndirilir
Neftçalada əkin sahələrində subasma halları ilə bağlı dəyən zərər qiymətləndirilir
Sputnik Azərbaycan
İlkin rəylərə əsasən, hadisə yağışların yağması və kanalın daşması nəticəsində baş verib. 27.03.2024, Sputnik Azərbaycan
2024-03-27T19:53+0400
2024-03-27T19:53+0400
2024-03-27T19:53+0400
neftçala
cəmiyyət
kənd təsərrüfatı nazirliyi
kənd təsərrüfatı
leysan yağışlar
aqrar sığorta
fond
https://cdnn1.img.sputnik.az/img/42413/72/424137206_0:40:749:461_1920x0_80_0_0_fe499f1dad2a3aed0ae05d093b20dbaf.jpg
BAKI, 27 mart — Sputnik. İntensiv yağan yağışlar nəticəsində Neftçala rayonunun Xəzər qəsəbəsində əkin sahələrinin bir hissəsində subasma hadisəsi baş verib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, subasma hadisəsi bir neçə fermerin əkin sahəsini əhatə edib. Fermerlərin bununla bağlı Aqrar Sığorta Fondunun (1651) "Çağrı Mərkəzi"nə məlumat verməsindən sonra fondun mütəxəssisləri və müstəqil aqrar sığorta ekspertləri hadisə yerinə ezam olunub. Hazırda əkin sahələrinə dəyən zərər hesablanır və hadisənin səbəbi araşdırılır. İlkin rəylərə əsasən, hadisə yağışların yağması və kanalın daşması nəticəsində baş verib. Qeyd edək ki, Neftçalanın Xəzər qəsəbəsi təbiət hadisələrinə tez-tez məruz qalan və aqrar sığorta hadisələri baş verən ərazilərdəndir. Bu kəndin əkin sahələrində subasma ötən illərdə də qeydə alınıb və ərazidə baş verən sel-subasma hadisələrinə görə, indiyədək yerli fermerlərə çoxsaylı sığorta ödənişləri edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42413/72/424137206_41:0:708:500_1920x0_80_0_0_d85dc81c0cb00664c1768b5c82f40677.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neftçala, kənd təsərrüfatı nazirliyi, kənd təsərrüfatı, leysan yağışlar, aqrar sığorta, fond
neftçala, kənd təsərrüfatı nazirliyi, kənd təsərrüfatı, leysan yağışlar, aqrar sığorta, fond
Neftçalada əkin sahələrində subasma halları ilə bağlı dəyən zərər qiymətləndirilir
İlkin rəylərə əsasən, hadisə yağışların yağması və kanalın daşması nəticəsində baş verib.
BAKI, 27 mart — Sputnik. İntensiv yağan yağışlar nəticəsində Neftçala rayonunun Xəzər qəsəbəsində əkin sahələrinin bir hissəsində subasma hadisəsi baş verib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, subasma hadisəsi bir neçə fermerin əkin sahəsini əhatə edib.
Fermerlərin bununla bağlı Aqrar Sığorta Fondunun (1651) "Çağrı Mərkəzi"nə məlumat verməsindən sonra fondun mütəxəssisləri və müstəqil aqrar sığorta ekspertləri hadisə yerinə ezam olunub. Hazırda əkin sahələrinə dəyən zərər hesablanır və hadisənin səbəbi araşdırılır.
İlkin rəylərə əsasən, hadisə yağışların yağması və kanalın daşması nəticəsində baş verib.
Qeyd edək ki, Neftçalanın Xəzər qəsəbəsi təbiət hadisələrinə tez-tez məruz qalan və aqrar sığorta hadisələri baş verən ərazilərdəndir. Bu kəndin əkin sahələrində subasma ötən illərdə də qeydə alınıb və ərazidə baş verən sel-subasma hadisələrinə görə, indiyədək yerli fermerlərə çoxsaylı sığorta ödənişləri edilib.