https://sputnik.az/20240327/mexaniki-saygaclar-qazi-artiq-yazir-resmi-aciqlama-463375728.html
Mexaniki sayğaclar qazı artıq yazır? Rəsmi açıqlama
Mexaniki sayğaclar qazı artıq yazır? Rəsmi açıqlama
Sputnik Azərbaycan
Eldəniz Vəliyev bildirib ki, qaz sayğacların yoxlanılması Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən aparılır. 27.03.2024, Sputnik Azərbaycan
2024-03-27T09:29+0400
2024-03-27T09:29+0400
2024-03-27T09:29+0400
qaz
cəmiyyət
"azəriqaz"
"azəriqaz" ib
"azəriqaz" istehsalat birliyi
"azəriqaz" istehsalat birliyi
qaz sayğacı
sayğac
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0d/424671774_0:82:3073:1810_1920x0_80_0_0_f712058eaa180d4d6c739231cb103ffa.jpg
BAKI, 27 mart — Sputnik. "Mexaniki sayğaclar qaza hava qarışanda bunu sərfiyyat kimi qeydə alır. Ona görə də, qaz təchizatı qurumu smart sayğacların mexaniki sayğaclarla əvəzlənməsində maraqlıdır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) kommunal məsələlər şöbəsinin əməkdaşı Süheyla Quliyev bidlrib. O, son zamanlar smart qaz sayğaclarının mexaniki sayğaclarla əvəzləməsi ilə bağlı abonent şikayətlərinin olduğunu söyləyib. Bildirib ki, əgər smart sayğacın işləməsində bir problem yoxdursa, qaz təchizatı idarəsi müqaviləyə əməl edərək abonentin smart sayğacını geri gətirib quraşdırmalıdır. S. Quliyevin sözlərinə görə, bəzən "Azəriqaz" İstehsalat Birliyi beş il istismar müddəti olan sayğacların istismar müddətinin başa çatmasını gözləmədən dəyişirlər. "İkitərəfli müqavilədə sayğacla bağlı məlumatlar öz əksini tapır. Sayğacın markası həmin müqavilədə göstərilir. Abonentin razılaşma imzası olmadan smart sayğacı mexaniki sayğacla əvəzləmək olmaz. Əgər smart sayğacın işləməsində qüsur aşkarlanmayıbsa, həmin sayğac laborator yoxlamadan sonra yerinə quraşdırılmalıdır. Amma təəssüf ki, bəzən dövlət qurumu abonentlərin bu hüququnu pozur" S. Quliyev bildirib. "Azəriqaz"İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, abonentlərin smart sayğacları məqsədli şəkildə mexaniki sayğacla əvəzlənmir. Qurum sözçüsü bildirib ki, əhali qrupu abonentləri üçün qaz sayğacının istismar müddəti beş ildir. Amma üç ildən sonra sayğac yoxlanılması üçün laboratoriyaya aparıla bilər. Əgər qüsur aşkarlanarsa, abonentə digər sayğac quraşdırılır. E. Vəliyev mexaniki sayğacların mavi yanacaq sərfiyyatını artıq qeydə alması ilə bağlı səslənən fikirlərin düzgün olmadığını söyləyib. Bildirib ki, sayğacların yoxlanılması Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən aparılır. Bu işə "Azəriqaz" İB tərəfindən heç bir müdaxilə edilmir. "Sayğac çıxardıldıqdan sonra qutuya yerləşdirilərək həmin qutu blomlanır. Sayğacın yoxlanılmasında abonent özü də iştirak edə bilər. Bu işə bizim qurumun müdaxiləsi mümkün deyil. Laborator rəy verildikdən sonra sayğacda nasazlıq yoxdursa geri gətirilərək abonentin mənzilinə quraşdırılır" E. Vəliyev söyləyib. E. Vəliyev onu da əlavə edib ki, hazırda qaz sayğaclarının yerli mexaniki sayğaclarla əvəzlənməsi pilot layihə şəklində aparılır. Onun sözlərinə görə, yeni mexaniki sayğacların üzərində cip yerləşdirilir. Bu sayğaca nəzarət imkanı yaradır. " "Azəriqaz" İstehsalat Birliyi bir neçə il öncə smart qaz sayğaclarını ona görə quraşdırmaq qərarı vermişdi ki, əhalinin işlətdiyi mavi yanacağa görə ödənişi ödəməsində problem yaranırdı. Smart sayğaclar isə əvvəldən ödəmə rejimi ilə işlədiyindən, abonentin borcu yaranmırdı. Amma artıq abonentlərdə qaz sərfiyyatına görə borcu ödəmək vərdişi formalaşıb. Odur ki, həm yerli istehsalı dəstəkləmək, həmçinin də ağıllı sayğacların quraşdırılması məqsədilə SOCAR "Azəriqaz" İB ilə "Gəncə Cihazqayırma Zavodu" ASC arasında müqavilə bağlanıb. Həmin sayğaclara üzərində yerlləşdirilmiş çip vasitəsilə kənardan nəzarət etmək mümkün olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0d/424671774_0:0:2731:2048_1920x0_80_0_0_f1a975d1dc35d02356c458446f22f2b9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qaz, "azəriqaz", "azəriqaz" ib, "azəriqaz" istehsalat birliyi, "azəriqaz" istehsalat birliyi, qaz sayğacı, sayğac
qaz, "azəriqaz", "azəriqaz" ib, "azəriqaz" istehsalat birliyi, "azəriqaz" istehsalat birliyi, qaz sayğacı, sayğac
Mexaniki sayğaclar qazı artıq yazır? Rəsmi açıqlama
Eldəniz Vəliyev bildirib ki, qaz sayğacların yoxlanılması Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən aparılır.
BAKI, 27 mart — Sputnik. "Mexaniki sayğaclar qaza hava qarışanda bunu sərfiyyat kimi qeydə alır. Ona görə də, qaz təchizatı qurumu smart sayğacların mexaniki sayğaclarla əvəzlənməsində maraqlıdır".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) kommunal məsələlər şöbəsinin əməkdaşı Süheyla Quliyev bidlrib. O, son zamanlar smart qaz sayğaclarının mexaniki sayğaclarla əvəzləməsi ilə bağlı abonent şikayətlərinin olduğunu söyləyib. Bildirib ki, əgər smart sayğacın işləməsində bir problem yoxdursa, qaz təchizatı idarəsi müqaviləyə əməl edərək abonentin smart sayğacını geri gətirib quraşdırmalıdır.
S. Quliyevin sözlərinə görə, bəzən "Azəriqaz" İstehsalat Birliyi beş il istismar müddəti olan sayğacların istismar müddətinin başa çatmasını gözləmədən dəyişirlər.
"İkitərəfli müqavilədə sayğacla bağlı məlumatlar öz əksini tapır. Sayğacın markası həmin müqavilədə göstərilir. Abonentin razılaşma imzası olmadan smart sayğacı mexaniki sayğacla əvəzləmək olmaz. Əgər smart sayğacın işləməsində qüsur aşkarlanmayıbsa, həmin sayğac laborator yoxlamadan sonra yerinə quraşdırılmalıdır. Amma təəssüf ki, bəzən dövlət qurumu abonentlərin bu hüququnu pozur" S. Quliyev bildirib.
"Azəriqaz"İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, abonentlərin smart sayğacları məqsədli şəkildə mexaniki sayğacla əvəzlənmir. Qurum sözçüsü bildirib ki, əhali qrupu abonentləri üçün qaz sayğacının istismar müddəti beş ildir. Amma üç ildən sonra sayğac yoxlanılması üçün laboratoriyaya aparıla bilər. Əgər qüsur aşkarlanarsa, abonentə digər sayğac quraşdırılır.
E. Vəliyev mexaniki sayğacların mavi yanacaq sərfiyyatını artıq qeydə alması ilə bağlı səslənən fikirlərin düzgün olmadığını söyləyib. Bildirib ki, sayğacların yoxlanılması Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən aparılır. Bu işə "Azəriqaz" İB tərəfindən heç bir müdaxilə edilmir.
"Sayğac çıxardıldıqdan sonra qutuya yerləşdirilərək həmin qutu blomlanır. Sayğacın yoxlanılmasında abonent özü də iştirak edə bilər. Bu işə bizim qurumun müdaxiləsi mümkün deyil. Laborator rəy verildikdən sonra sayğacda nasazlıq yoxdursa geri gətirilərək abonentin mənzilinə quraşdırılır" E. Vəliyev söyləyib.
E. Vəliyev onu da əlavə edib ki, hazırda qaz sayğaclarının yerli mexaniki sayğaclarla əvəzlənməsi pilot layihə şəklində aparılır. Onun sözlərinə görə, yeni mexaniki sayğacların üzərində cip yerləşdirilir. Bu sayğaca nəzarət imkanı yaradır.
" "Azəriqaz" İstehsalat Birliyi bir neçə il öncə smart qaz sayğaclarını ona görə quraşdırmaq qərarı vermişdi ki, əhalinin işlətdiyi mavi yanacağa görə ödənişi ödəməsində problem yaranırdı. Smart sayğaclar isə əvvəldən ödəmə rejimi ilə işlədiyindən, abonentin borcu yaranmırdı. Amma artıq abonentlərdə qaz sərfiyyatına görə borcu ödəmək vərdişi formalaşıb. Odur ki, həm yerli istehsalı dəstəkləmək, həmçinin də ağıllı sayğacların quraşdırılması məqsədilə SOCAR "Azəriqaz" İB ilə "Gəncə Cihazqayırma Zavodu" ASC arasında müqavilə bağlanıb. Həmin sayğaclara üzərində yerlləşdirilmiş çip vasitəsilə kənardan nəzarət etmək mümkün olacaq.