Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bayram günlərində təcili yardıma nə qədər müraciət daxil olub?

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev yeni alınmış xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanış olub
Prezident İlham Əliyev yeni alınmış xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanış olub - Sputnik Azərbaycan, 1920, 27.03.2024
Abunə olmaq
TƏBİB-dən bildirilib ki, daha çox 21, 22 və 23 mart tarixlərində müraciət qeydə alınıb.
BAKI, 27 mart — Sputnik. Bayram günlərində təcili tibbi yardım xidmətinə 15 mindən çox müraciət daxil olub. Sputnik Azərbaycan-a bu barədə TƏBİB-dən bildirilib. Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20.03.2024 - 26.03.2024-cü il tarixlərində 15 763 çağırış daxil olub. Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən 1 596 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
Daha çox 21, 22 və 23 mart tarixlərində müraciət qeydə alınıb. Belə ki, 21.03.2024-cü il tarixində müraciət sayı 2 311, hospitalizasiya olunanların sayı 247, 22.03.2024-cü il tarixində müraciət sayı 2 366, hospital olunanların sayı 214, 23.03.2024-cü il tarixində müraciət sayı 2 314, hospitalizasiya olunanların sayı isə 252 təşkil edib.
Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.
Xəbər lenti
0