https://sputnik.az/20240327/azerbaycanda-inflyasiya-azalir---ucuzlasan-ve-bahalasan-mehsullar-hansilardir-463375462.html
Azərbaycanda inflyasiya azalır - Ucuzlaşan və bahalaşan məhsullar hansılardır?
Azərbaycanda inflyasiya azalır - Ucuzlaşan və bahalaşan məhsullar hansılardır?
Sputnik Azərbaycan
Fevralda qida məhsulları, içkilər və tütün məmulatları 0,3 faiz ucuzlaşıb, qeyri-qida məhsulları isə 1,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 2,3 faiz... 27.03.2024, Sputnik Azərbaycan
2024-03-27T10:34+0400
2024-03-27T10:34+0400
2024-03-27T10:39+0400
inflyasiya
iqtisadiyyat
dövlət statistika komitəsi
dövlət statistika komitəsi
ucuzlaşma
bahalaşma
bahalaşma
azərbaycan
qida
məhsul
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268563_0:102:2000:1227_1920x0_80_0_0_5b2394a43c94e1d49e5dc8994fc4a2f9.jpg
BAKI, 27 mart — Sputnik. Bu ilin fevral ayında Azərbaycanda istehlak qiymətləri 2023-cü ilin fevral ayına nisbətən 0,8 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, illik müqayisədə qida məhsulları, içkilər və tütün məmulatları 0,3 faiz ucuzlaşıb, qeyri-qida məhsulları isə 1,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 2,3 faiz bahalaşıb. Qeyd edək ki, inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb. Qlobal iqtisadi aktivliyin zəifləməsi, eləcə də qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırıb. Valyuta bazarında tarazlığın qorunması, qəbul edilmiş pul siyasəti qərarları və hökumətin həyata keçirdiyi tədbirlər inflyasiya təzyiqlərinin azaldılmasında mühüm rol oynayıb. Proqnozlara görə, bu il qlobal iqtisadi artımın azalacağı, qlobal enerji və ərzaq qiymətlərinin sabitləşəcəyi, habelə ticarət tərəfdaşlarımızda inflyasiya proseslərinin səngiyəcəyi gözlənilir. Qida məhsulları Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma düyünün, qoyun ətinin, təzə balığın, kəsmiyin, kərə və zeytun yağının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kələmin, xiyarın, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, şəkərin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. Qeyri-qida məhsulları Fevral ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma əsasən plastik pəncərələrin, kəsilmiş taxtaların, ucuzlaşma isə mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ödənişli xidmətlər Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mobil telefonlarla danışıq haqlarında və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Keçən il illik inflyasiya 2,1 faiz təşkil edib Xatırladaq ki, baş nazir Əli Əsədov bildirib ki, 2023-cü ildə inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalıb: "Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaldıb. Keçən il Nazirlər Kabinetində inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində "İnflyasiya və qiymət monitorinqi" üzrə İşçi Qrup yaradılıb. Qiymətlərin artım dinamikasını izləməyə, vaxtında və çevik müdaxilələr etməyə imkan verən "Qiymət İzləmə Tətbiqi" sistemi yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə 8,8 faiz orta illik inflyasiyaya nail olunub. İllik inflyasiya isə 2,1 faiz təşkil edib". Əlavə edək ki, 2022-ci il fevralın 21-də Nazirlər Kabineti "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilib ki, idxal məhsulların bahalaşaraq qiymət artımını sürətləndirdiyi bir şəraitdə ölkədə makroiqtisadi sabitlik qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı, əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268563_114:0:1887:1330_1920x0_80_0_0_9ac6f450a381a7b7e32c2a4fe5eb6845.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
inflyasiya, dövlət statistika komitəsi, dövlət statistika komitəsi, ucuzlaşma, bahalaşma, bahalaşma, azərbaycan, qida, məhsul
inflyasiya, dövlət statistika komitəsi, dövlət statistika komitəsi, ucuzlaşma, bahalaşma, bahalaşma, azərbaycan, qida, məhsul
Azərbaycanda inflyasiya azalır - Ucuzlaşan və bahalaşan məhsullar hansılardır?
10:34 27.03.2024 (Yenilənib: 10:39 27.03.2024) Fevralda qida məhsulları, içkilər və tütün məmulatları 0,3 faiz ucuzlaşıb, qeyri-qida məhsulları isə 1,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 2,3 faiz bahalaşıb.
BAKI, 27 mart — Sputnik. Bu ilin fevral ayında Azərbaycanda istehlak qiymətləri 2023-cü ilin fevral ayına nisbətən 0,8 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, illik müqayisədə qida məhsulları, içkilər və tütün məmulatları 0,3 faiz ucuzlaşıb, qeyri-qida məhsulları isə 1,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 2,3 faiz bahalaşıb.
Qeyd edək ki, inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb. Qlobal iqtisadi aktivliyin zəifləməsi, eləcə də qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırıb. Valyuta bazarında tarazlığın qorunması, qəbul edilmiş pul siyasəti qərarları və hökumətin həyata keçirdiyi tədbirlər inflyasiya təzyiqlərinin azaldılmasında mühüm rol oynayıb. Proqnozlara görə, bu il qlobal iqtisadi artımın azalacağı, qlobal enerji və ərzaq qiymətlərinin sabitləşəcəyi, habelə ticarət tərəfdaşlarımızda inflyasiya proseslərinin səngiyəcəyi gözlənilir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma düyünün, qoyun ətinin, təzə balığın, kəsmiyin, kərə və zeytun yağının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kələmin, xiyarın, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, şəkərin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Fevral ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma əsasən plastik pəncərələrin, kəsilmiş taxtaların, ucuzlaşma isə mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mobil telefonlarla danışıq haqlarında və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Keçən il illik inflyasiya 2,1 faiz təşkil edib
Xatırladaq ki, baş nazir Əli Əsədov bildirib ki, 2023-cü ildə inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalıb: "Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaldıb. Keçən il Nazirlər Kabinetində inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində "İnflyasiya və qiymət monitorinqi" üzrə İşçi Qrup yaradılıb. Qiymətlərin artım dinamikasını izləməyə, vaxtında və çevik müdaxilələr etməyə imkan verən "Qiymət İzləmə Tətbiqi" sistemi yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə 8,8 faiz orta illik inflyasiyaya nail olunub. İllik inflyasiya isə 2,1 faiz təşkil edib".
Əlavə edək ki, 2022-ci il fevralın 21-də Nazirlər Kabineti "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilib ki, idxal məhsulların bahalaşaraq qiymət artımını sürətləndirdiyi bir şəraitdə ölkədə makroiqtisadi sabitlik qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı, əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır.