https://sputnik.az/20240326/el-qaide-abs-prezidentine-sui-qesd-etmeye-cehd-gosterib-463478331.html
“Əl-Qaidə” ABŞ prezidentinə sui-qəsd etməyə cəhd göstərib
“Əl-Qaidə” ABŞ prezidentinə sui-qəsd etməyə cəhd göstərib
Sputnik Azərbaycan
BAKI, 26 mart - Sputnik. “Əl-Qaidə” terror qruplaşması (Rusiya Federasiyasında qadağan edilmiş terror təşkilatı) 1996-cı ildə ABŞ-ın keçmiş prezidenti Bill... 26.03.2024, Sputnik Azərbaycan
2024-03-26T19:17+0400
2024-03-26T19:17+0400
2024-03-26T19:17+0400
bill klinton
dünya xəbərləri
abş
əl-qaidə
"əl-qaidə" terror təşkilatı
sui-qəsd
https://cdnn1.img.sputnik.az/img/40016/18/400161820_0:280:3555:2280_1920x0_80_0_0_1f503c9ab720974700d937355241eab3.jpg
BAKI, 26 mart - Sputnik. “Əl-Qaidə” terror qruplaşması (Rusiya Federasiyasında qadağan edilmiş terror təşkilatı) 1996-cı ildə ABŞ-ın keçmiş prezidenti Bill Klintonun səlahiyyət müddəti ərzində ona qarşı sui-qəsd cəhdi edib. Bu barədə ABŞ Məxfi Xidmətinin agentləri məlumat veriblər. Sui-qəsdin Klintonun Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Filippində keçirilən sammitinə gəlməsindən sonra planlaşdırıldığı bildirilir. ABŞ-ın keçmiş prezidentini aparan təyyarə eniş etməzdən bir müddət əvvəl onun təhlükəsizlik xidmətinə kortecin marşrutunda partlayıcı qurğunun olması barədə məlumat daxil olub. Daha sonra Filippin kəşfiyyat orqanları siyasətçinin keçməli olduğu körpüdə güclü bomba, həmçinin içərisində AK-47 avtomatları olan SUV aşkarlayıb. Lakin, sui-qəsd cəhdi həm ABŞ hökumətinin hesabatlarında, həm də “Əl-Qaidə” sənədlərində demək olar ki, qeyd olunmayıb. Həmçinin, jurnalistlər hadisəni araşdırmaq cəhdləri barədə məlumat tapmayıblar. Məxfi Xidmətin Maniladakı ən yüksək kəşfiyyat agenti Qreqori Qlod agentliyə deyib: “Mən həmişə maraqlanırdım ki, niyə məni heç bir istintaqa nəzarət etmək üçün Manilada saxlamayıblar”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40016/18/400161820_72:0:3484:2559_1920x0_80_0_0_2c2ac18549d263fc1edaf97f68edb8aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bill klinton, abş, əl-qaidə, "əl-qaidə" terror təşkilatı, sui-qəsd
bill klinton, abş, əl-qaidə, "əl-qaidə" terror təşkilatı, sui-qəsd
“Əl-Qaidə” ABŞ prezidentinə sui-qəsd etməyə cəhd göstərib
BAKI, 26 mart - Sputnik. “Əl-Qaidə” terror qruplaşması (Rusiya Federasiyasında qadağan edilmiş terror təşkilatı) 1996-cı ildə ABŞ-ın keçmiş prezidenti Bill Klintonun səlahiyyət müddəti ərzində ona qarşı sui-qəsd cəhdi edib. Bu barədə ABŞ Məxfi Xidmətinin agentləri məlumat veriblər.
Sui-qəsdin Klintonun Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Filippində keçirilən sammitinə gəlməsindən sonra planlaşdırıldığı bildirilir. ABŞ-ın keçmiş prezidentini aparan təyyarə eniş etməzdən bir müddət əvvəl onun təhlükəsizlik xidmətinə kortecin marşrutunda partlayıcı qurğunun olması barədə məlumat daxil olub. Daha sonra Filippin kəşfiyyat orqanları siyasətçinin keçməli olduğu körpüdə güclü bomba, həmçinin içərisində AK-47 avtomatları olan SUV aşkarlayıb.
Lakin, sui-qəsd cəhdi həm ABŞ hökumətinin hesabatlarında, həm də “Əl-Qaidə” sənədlərində demək olar ki, qeyd olunmayıb. Həmçinin, jurnalistlər hadisəni araşdırmaq cəhdləri barədə məlumat tapmayıblar. Məxfi Xidmətin Maniladakı ən yüksək kəşfiyyat agenti Qreqori Qlod agentliyə deyib: “Mən həmişə maraqlanırdım ki, niyə məni heç bir istintaqa nəzarət etmək üçün Manilada saxlamayıblar”.