https://sputnik.az/20240326/abs-turkiyenin-azerbaycan-ermenistan-munaqisenin-hellinde-rol-oynamasini-alqislayir-461334968.html
Dövlət Departamenti ABŞ-ın Azərbaycan və Ermənistanla bağlı məqsədini açıqlayıb
Dövlət Departamenti ABŞ-ın Azərbaycan və Ermənistanla bağlı məqsədini açıqlayıb
Sputnik Azərbaycan
Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Ermənistan və Azərbaycan hökumətləri ilə nə üçün əlaqə saxladıqlarının səbəbini deyib. 26.03.2024, Sputnik Azərbaycan
2024-03-26T23:05+0400
2024-03-26T23:05+0400
2024-03-26T23:05+0400
abş
siyasət
türkiyə
hakan fidan
ermənistan
entoni blinken
antoni blinken
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457332725_0:160:3072:1888_1920x0_80_0_0_50f4e26a0c9371fb6234cab25360cf0a.jpg
BAKI, 26 mart - Sputnik. ABŞ-nin Azərbaycan və Ermənistanla hər bir qarşılıqlı fəaliyyəti davamlı sülhün əldə edilməsinə yönəlib.Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib."Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir əlaqəmizdə məqsəd onlar arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq və davamlı sülh sazişi üçün işləməyə təşviq etməkdir", - Miller bildirib.05.01.24, 12:03Rusiya ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq səylərinə mane olmurRusiya heç bir halda ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində mühüm diplomatik səylər göstərməsinə mane olmur.Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ötən gün keçirdiyi brifinq zamanı deyib.“Rusiya Ermənistan və Azərbaycan üçün zəruri hesab etdiyimiz mühüm diplomatik səyləri həyata keçirməyə heç bir şəkildə mane olmur və biz onları həyata keçirməyə davam edəcəyik”, - sözçü bildirib.Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da mümkün növbəti görüşünə gəlincə, Miller qeyd edib ki, görüş təyin olunanda Vaşinqton bu məsələ ilə bağlı açıqlama verəcək.15.12.23, 10:39ABŞ Türkiyənin Azərbaycan-Ermənistan münaqişənin həllində rol oynamasını alqışlayır “Biz Türkiyənin bu münaqişənin həllində məhsuldar rol oynamasını alqışlayırıq”.Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Türkiyə xarici işlər naziri Hakan Fidanın Bakı səfərinə münasibət bildirərək deyib.ABŞ rəsmisi Hakan Fidanın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına çağırış etməsini yüksək qiymətləndirib: “Bu mövzu bütün görüşlərdə və ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyə XİN rəhbəri Hakan Fidan arasında baş tutan bütün dialoqlar zamanı müzakirə olunur. Odur ki, konkret məlumat verməyəcəyəm, lakin bu məsələ müntəzəm olaraq müzakirə edilir”.“Biz nazirin münaqişənin həllinin mümkün olması ilə bağlı dedikləri ilə razıyıq və bu məqsədə çatmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyəcəyik” - deyə ABŞ rəsmisi Türkiyə XİN başçısının “Azərbaycan və Ermənistan arasında sülh Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına müsbət təsir göstərəcək” fikrinə münasibət bildirib (APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457332725_171:0:2902:2048_1920x0_80_0_0_52d50d842369f90542b1cd8ff3e0ef97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, türkiyə, hakan fidan, ermənistan, entoni blinken, antoni blinken
abş, türkiyə, hakan fidan, ermənistan, entoni blinken, antoni blinken
Dövlət Departamenti ABŞ-ın Azərbaycan və Ermənistanla bağlı məqsədini açıqlayıb
Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Ermənistan və Azərbaycan hökumətləri ilə nə üçün əlaqə saxladıqlarının səbəbini deyib.
BAKI, 26 mart - Sputnik. ABŞ-nin Azərbaycan və Ermənistanla hər bir qarşılıqlı fəaliyyəti davamlı sülhün əldə edilməsinə yönəlib.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
"Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir əlaqəmizdə məqsəd onlar arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq və davamlı sülh sazişi üçün işləməyə təşviq etməkdir", - Miller bildirib.
Rusiya ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq səylərinə mane olmur
Rusiya heç bir halda ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində mühüm diplomatik səylər göstərməsinə mane olmur.
Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ötən gün keçirdiyi brifinq zamanı deyib.
“Rusiya Ermənistan və Azərbaycan üçün zəruri hesab etdiyimiz mühüm diplomatik səyləri həyata keçirməyə heç bir şəkildə mane olmur və biz onları həyata keçirməyə davam edəcəyik”, - sözçü bildirib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da mümkün növbəti görüşünə gəlincə, Miller qeyd edib ki, görüş təyin olunanda Vaşinqton bu məsələ ilə bağlı açıqlama verəcək.
ABŞ Türkiyənin Azərbaycan-Ermənistan münaqişənin həllində rol oynamasını alqışlayır
“Biz Türkiyənin bu münaqişənin həllində məhsuldar rol oynamasını alqışlayırıq”.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Türkiyə xarici işlər naziri Hakan Fidanın Bakı səfərinə münasibət bildirərək deyib.
ABŞ rəsmisi Hakan Fidanın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına çağırış etməsini yüksək qiymətləndirib:
“Bu mövzu bütün görüşlərdə və ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyə XİN rəhbəri Hakan Fidan arasında baş tutan bütün dialoqlar zamanı müzakirə olunur. Odur ki, konkret məlumat verməyəcəyəm, lakin bu məsələ müntəzəm olaraq müzakirə edilir”.
“Biz nazirin münaqişənin həllinin mümkün olması ilə bağlı dedikləri ilə razıyıq və bu məqsədə çatmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyəcəyik” - deyə ABŞ rəsmisi Türkiyə XİN başçısının “Azərbaycan və Ermənistan arasında sülh Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına müsbət təsir göstərəcək” fikrinə münasibət bildirib (APA).