https://sputnik.az/20240325/tacikistan-rusiya-ile-birlikde-terrorizme-qarsi-mubarize-aparacaq---bas-nazir--463487585.html
Tacikistan Rusiya ilə birlikdə terrorizmə qarşı mübarizə aparacaq - Baş nazir
Tacikistan Rusiya ilə birlikdə terrorizmə qarşı mübarizə aparacaq - Baş nazir
Sputnik Azərbaycan
“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən Tacikistan vətəndaşları barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. 25.03.2024, Sputnik Azərbaycan
2024-03-25T10:24+0400
2024-03-25T10:24+0400
2024-03-25T10:24+0400
"crocus city"də terror aktı
tacikistan
baş nazir
rusiya
terror
mübarizə
https://cdnn1.img.sputnik.az/img/07e8/03/19/463487724_0:0:2981:1677_1920x0_80_0_0_7f3eee9b8b5cb04d55e8546c6d4a7403.jpg
BAKI, 25 mart - Sputnik. Tacikistan beynəlxalq terrorizmə qarşıdır və bu sahədə Rusiya ilə birgə mübarizə aparmaq niyyətindədir. RİA Novosti-nin xəbərinə görə, belə bir bəyanatla Tacikistanın Baş naziri Kohir Rəsulzoda çıxış edib.Qeyd olunur ki, baş nazir Moskva vilayətində baş verən terror aktından sonra Rusiyanın Düşənbədəki səfirliyində başsağlığı kitabına yazı buraxan ilk şəxs olub.O, Krasnoqorskda baş verənləri dəhşətli terror aktı adlandırıb.Xatırladaq ki, martın 22-də Crocus City Hall-da “Piknik” qrupunun konsertinə gəlmiş tamaşaçıları güllələyən və daha sonra konsert zalında yanğın törədən terrorçuların qurbanları 137 nəfər olub, daha 180 nəfər yaralanıb və yanıq xəsarətləri alıb.Moskvanın Basmannı rayon məhkəməsi martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən Tacikistan vətəndaşları 33 yaşlı Dalercon Barotoviç Mirzoyev, 30 yaşlı Saidakrami Muradali Raçabalizoda, 26 yaşlı Şamsidin Fariduni və 20 yaşlı Muhəmmədsobir Zokirçonoviç Fayzov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240618/moskvada-terror-akti-toredilib-40-nefer-olub-100-nefer-yaralanib-463449471.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/19/463487724_252:0:2981:2047_1920x0_80_0_0_d0bf1e0776e741a2287ab90ab06e24d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tacikistan, baş nazir, rusiya, terror, mübarizə
tacikistan, baş nazir, rusiya, terror, mübarizə
Tacikistan Rusiya ilə birlikdə terrorizmə qarşı mübarizə aparacaq - Baş nazir
“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən Tacikistan vətəndaşları barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
BAKI, 25 mart - Sputnik. Tacikistan beynəlxalq terrorizmə qarşıdır və bu sahədə Rusiya ilə birgə mübarizə aparmaq niyyətindədir. RİA Novosti-nin xəbərinə görə, belə bir bəyanatla Tacikistanın Baş naziri Kohir Rəsulzoda çıxış edib.
Qeyd olunur ki, baş nazir Moskva vilayətində baş verən terror aktından sonra Rusiyanın Düşənbədəki səfirliyində başsağlığı kitabına yazı buraxan ilk şəxs olub.
“Tacikistan bütün təzahürlərində beynəlxalq terrorizmə qəti şəkildə qarşı çıxır və Rusiya, habelə dünya birliyi ilə birlikdə bu bəlaya qarşı barışmaz mübarizə aparmağa davam edəcək. Biz çoxmillətli Rusiya xalqı ilə bu əvəzedilməz itkinin kədərini bölüşürük və bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, - deyə Baş nazir qeyd edib.
O, Krasnoqorskda baş verənləri dəhşətli terror aktı adlandırıb.
Xatırladaq ki, martın 22-də Crocus City Hall-da “Piknik” qrupunun konsertinə gəlmiş tamaşaçıları güllələyən və daha sonra konsert zalında yanğın törədən terrorçuların qurbanları 137 nəfər olub, daha 180 nəfər yaralanıb və yanıq xəsarətləri alıb.
Moskvanın Basmannı rayon məhkəməsi martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən Tacikistan vətəndaşları 33 yaşlı Dalercon Barotoviç Mirzoyev, 30 yaşlı Saidakrami Muradali Raçabalizoda, 26 yaşlı Şamsidin Fariduni və 20 yaşlı Muhəmmədsobir Zokirçonoviç Fayzov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.