SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Serbiya AŞPA-da Azərbaycan nümayəndələrinin etimadnaməsinin təsdiqlənməməsinə etiraz edib

© Photo : AZƏRTAGAzərbaycan Milli Məclisinin sədri serbiyalı həmkarı ilə görüşüb
Azərbaycan Milli Məclisinin sədri serbiyalı həmkarı ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 25.03.2024
Abunə olmaq
Azərbaycan Milli Məclisinin sədri serbiyalı həmkarı ilə görüşüb.
BAKI, 25 mart - Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.
Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, siyasi və iqtisadi, eləcə də bir sıra digər sahələrdə əməkdaşlığın inkişaf etdiyi diqqətə çatdırılıb.
Sahibə Qafarova qeyd edib ki, dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər ölkələrimiz və xalqlarımız arasında dostluğun gücləndirilməsinə mühüm töhfələr verir. O, bu münasibətlərin iki ölkənin parlamentləri arasında da uğurla davam etdirildiyini vurğulayıb.
Özünün Serbiyaya rəsmi səfərini məmnunluqla xatırlayan S.Qafarova səfər zamanı keçirilən görüşlər və aparılan müzakirələrin qanunverici orqanlar arasında münasibətlərin daha da genişlənməsinə imkan yaratdığını bildirib. Tərəflər dostluq qrupları və parlament komitələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə də fikir mübadiləsi aparıblar.
Serbiya parlamentinin sədri Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb və Serbiyanın parlament müşahidə missiyası ilə azad və demokratik şəraitdə keçən seçkiləri izlədiyini diqqətə çatdırıb. Ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif sahələrdə daha da genişlənməsində maraqlı olduğunu vurğulayan Serbiya parlamentinin spikeri bildirib ki, qanunverici orqanlar arasında əlaqələr dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşməsində mühüm rol oynayır.
Tərəflər beynəlxalq münasibətlər sistemində, o cümlədən beynəlxalq təşkilatlarda, xüsusən də AŞPA-da müşahidə olunan ikili standartları tənqid edərək bildiriblər ki, bu, qurumun üzərinə götürdüyü vəzifələrlə və ya missiyası ilə ziddiyyət təşkil edir.
Görüşdə, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti qeyd olunub və Serbiya tərəfi bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycanı təbrik edib.
Bildirilib ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə etiraz olaraq Serbiya parlamenti təşkilata müraciət ünvanlayıb və bu qərarın ləğv edilməsinə çağırış edib. Sahibə Qafarova bu addıma görə Serbiya tərəfinə minnətdarlığını ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0