Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

İŞİD* planlarına düzəliş edib və əsasən ABŞ-ın düşmənlərinə hücum edir - Zaxarova

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 25.03.2024
Abunə olmaq
Rusiya XİN rəsmisi bildirib ki, "Krokus"da terror aktında günahlandırılan İD-nin yaranmasında ABŞ-ın əli var.
BAKI, 25 mart - Sputnik. "Krokus"da terror aktına görə məsuliyyət daşıyan “İslam Dövləti” (İD, Rusiya Federasiyasında qadağan olunub) terror qruplaşmasının yaradılmasında istər-istəməz ABŞ-ın əli var. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Komsomolskaya Pravda” üçün köşə yazısında bildirib.
Onun sözlərinə görə, bütün dünyada nəzarətsiz şəkildə dəhşətli terror aktları həyata keçirməyə başlayan İslam Dövlətinin yaradılmasında amerikalıların “bilərəkdən və ya bilməyərəkdən əli var”.

“Son illərdə İŞİD* planlarına düzəliş edib və hazırda əsasən ABŞ-ın düşmənlərinə – Əfqanıstandakı Talibana, iranlılara, Suriyanın qanuni hakimiyyətlərinə və bizə qarşı hücumlar həyata keçirir”, - o, yazıb və bunu “şərtlərin qəribə təsadüfi” adlandırıb.

Şənbə günü səhər saatlarında Ağ Evin mətbuat katibi Karine Jan-Pyer başsağlığı verərək və Krokusda törədilən terror aktını pisləyərək, İŞİD-in məğlub edilməli olan ümumi düşmən olduğunu bildirib.
Oxşar ritorika bir çox ABŞ KİV-ləri tərəfindən paylaşılır və onlar yerli rəsmilərə istinadən faciədə bu islamçı qruplaşmanın günahkar olduğunu yazır. Rəsmi olaraq Rusiya tərəfi bu versiyanı təsdiqləməyib.
Xatırladaq ki, martın 22-də Crocus City Hall-da “Piknik” qrupunun konsertinə gəlmiş tamaşaçıları güllələyən və daha sonra konsert zalında yanğın törədən terrorçuların qurbanları 137 nəfər olub, daha 180 nəfər yaralanıb və yanıq xəsarətləri alıb.
Moskvanın Basmannı rayon məhkəməsi martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən Tacikistan vətəndaşları 33 yaşlı Dalercon Barotoviç Mirzoyev, 30 yaşlı Saidakrami Muradali Raçabalizoda, 26 yaşlı Şamsidin Fariduni və 20 yaşlı Muhəmmədsobir Zokirçonoviç Fayzov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
* Fəaliyyəti Rusiyada qadağan edilib
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0