CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlin ilk Ay tutulması başlayıb - görə bilməsək də...

© Sputnik / Murad OrujovBakıda natamam ay tutulması
Bakıda natamam ay tutulması - Sputnik Azərbaycan, 1920, 25.03.2024
Abunə olmaq
Təəssüf ki, bu təbiət hadisəsi Azərbaycandan müşahidə olunmur, çünki Ay həmin vaxt üfüqün altında olur.
BAKI, 25 mart - Sputnik. Bu ilin ilk Ay tutulması başlayıb. Bakı vaxtı ilə saat 08:53-də başlayan tutulma hadisəsi saat 13:32-də sona çatacaq. Bu, yarımkölgəli Ay tutulmasıdır.
Tutulmanın maksimumu saat 11:13-də olacaq. Tutulma hadisəsi Amerika, Antarktida qitələrində, Alyaska və Rusiyanın şimal-şərqi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdə görünür.
Tutulma Azərbaycandan müşahidə olunmur, çünki Ay həmin vaxt üfüqün altında olur.
Yarımkölgəli Ay tutulmasını adi gözlə görmək çətin olur. Belə ki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0