Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

"Krokus"da terror aktını törədənlərin tutulmasında fərqlənən hərbçilər mükafatlandırılıb

© Sputnik / Павел ЛисицынRusiyanın "İgidliyə görə" medalı, arxiv
Rusiyanın İgidliyə görə medalı, arxiv - Sputnik Azərbaycan, 1920, 25.03.2024
Abunə olmaq
Hərbi qulluqçulara medallar birbaşa bölmənin mövqelərində təqdim olunub.
BAKI, 25 mart - Sputnik. Bryansk vilayətində Crocus City Hall-da terror aktında şübhəli bilinən şəxslərin saxlanılması zamanı fərqlənən Rusiya dövlət sərhədini qoruyan hərbçilərə dövlət və idarə mükafatları təqdim edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Leninqrad Hərbi Dairəsinin komandirinin müavini general-leytenant Esedulla Abaçev Bryansk vilayətində terrorçuların saxlanılmasında iştirak etmiş Rusiya Federasiyasının dövlət sərhədini əhatə edən qrupun hərbi qulluqçularına dövlət və idarə mükafatları təqdim edib", - məlumatda bildirilir.

General-leytenant Esedulla Abaçev hərbi qulluqçulara layiqli mükafatlar təqdim edib və hər birini şəxsən təbrik edərək, onlara verilən döyüş tapşırıqlarının yerinə yetirilməsini yüksək qiymətləndirib.
"Şəxsi heyətə “İgidliyə görə” medalı və Rusiya Müdafiə Nazirliyinin “Hərbi fərqlənməyə görə” dövlət mükafatları təqdim edilib", - məlumatda bildirilir.
Qeyd olunur ki, hərbçilərə mükafatların təqdim edilməsi birbaşa bölmənin mövqelərində baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0