Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

"Krokus"da terror aktı ilə bağlı 200 resursdan saxta məlumatlar silinib - Krasnov

© Photo : General Prosecutor's Office of the Russian FederationRusiyanın Baş prokuroru İqor Krasnov, arxiv
Rusiyanın Baş prokuroru İqor Krasnov, arxiv - Sputnik Azərbaycan, 1920, 25.03.2024
Abunə olmaq
Rusiyanın baş prokuroru İqor Krasnov Rusiya prezidenti Vladimir Putinə Crocus City Hall-da baş vermiş terror aktı ilə bağlı hesabat verib.
BAKI, 25 mart - Sputnik. Crocus City Hall-da baş vermiş terror aktı ilə bağlı 200-dən çox resursdan saxta məlumatlar silinib. Bu barədə Rusiyanın Baş prokuroru İqor Krasnov Rusiya prezidenti Vladimir Putinə hesabat verərkən deyib.

“Tələblərimizə uyğun olaraq 200-dən çox resursdan, o cümlədən sosial şəbəkələrdəki hesablardan məlumatlar silinib", - baş prokuror deyib.

Onun sözlərinə görə, açıq-aydın saxtakarlıqla yanaşı, çoxlu yoxlanılmamış məlumatlar ortaya çıxıb ki, bu da vəziyyəti müəyyən dərəcədə sabitsizləşdirib.

"Bunu hətta mötəbər KİV-lər də qeyd etdi və biz bunu təkzib etməli olduq”, - deyə baş prokuror məruzə edib.

Martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib. RİA Novosti xəbər verir ki, bir neçə kamuflyajlı və maskasız şəxs zala soxularaq, insanları uzaq məsafədən güllələyib və yandırıcı bombalar atıblar.
Martın iyirmi dördü ümummilli matəm günü elan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0