https://sputnik.az/20240325/krokus-terror-aktindan-sonra-miqrant-axinina-nezaret-uzre-isler-intensivlese-biler---xn-463489853.html
“Krokus” terror aktından sonra miqrant axınına nəzarət üzrə işlər intensivləşə bilər - XİN
“Krokus” terror aktından sonra miqrant axınına nəzarət üzrə işlər intensivləşə bilər - XİN
Sputnik Azərbaycan
Moskvanın Basmannı məhkəməsi Crocus City Hall-da törədilən terror aktı ilə bağlı dörd Tacikistan vətəndaşını həbs edib. 25.03.2024, Sputnik Azərbaycan
2024-03-25T12:15+0400
2024-03-25T12:15+0400
2024-03-25T12:15+0400
"crocus city"də terror aktı
crocus city hall
miqrant
https://cdnn1.img.sputnik.az/img/42266/67/422666712_0:0:3077:1731_1920x0_80_0_0_72b37f295cb6a34dc80d41246187e02c.jpg
BAKI, 25 mart - Sputnik. Crocus City Hall-da baş verən terror aktından sonra dövlət qurumları vasitəsilə miqrant axınına nəzarətin yaxşılaşdırılması istiqamətində işlər sürətləndirilə bilər. Bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.Dünən Moskvanın Basmannı məhkəməsi Crocus City Hall-da törədilən terror aktı ilə bağlı dörd müttəhimi həbs edib. Onların hamısı Tacikistan vətəndaşıdır.Martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib. RİA Novosti müxbirinin verdiyi məlumata görə, bir neçə kamuflyajlı və maskasız şəxs zala soxularaq, insanları uzaq məsafədən güllələyib və yandırıcı bombalar atıblar.Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, 3-ü uşaq olmaqla 137 nəfər ölüb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, terror aktı nəticəsində 152 nəfər xəsarət alıb. Martın 24-ü ümummilli matəm günü elan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42266/67/422666712_0:0:2729:2047_1920x0_80_0_0_5f95c658c1c704796a11040679079e66.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
crocus city hall , miqrant
crocus city hall , miqrant
“Krokus” terror aktından sonra miqrant axınına nəzarət üzrə işlər intensivləşə bilər - XİN
Moskvanın Basmannı məhkəməsi Crocus City Hall-da törədilən terror aktı ilə bağlı dörd Tacikistan vətəndaşını həbs edib.
BAKI, 25 mart - Sputnik. Crocus City Hall-da baş verən terror aktından sonra dövlət qurumları vasitəsilə miqrant axınına nəzarətin yaxşılaşdırılması istiqamətində işlər sürətləndirilə bilər. Bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
“Miqrant axını terrorizmdən ayrı məsələdir, son illər dövlət qurumları tərəfindən sistematik şəkildə nəzərdən keçirilir. Söhbət prosesə daha mütəşəkkillik əlavə etməkdən və ziyarətçilərin miqrasiya qanunvericiliyimizə əməl etməsinə nəzarətin artırılmasından gedir. Görünür, “Krokus”da baş verən faciə bu işi sürətləndirmək üçün ona təsir edəcək”, - deyə mənbə bildirib.
Dünən Moskvanın Basmannı məhkəməsi Crocus City Hall-da törədilən terror aktı ilə bağlı dörd müttəhimi həbs edib. Onların hamısı Tacikistan vətəndaşıdır.
Martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib. RİA Novosti müxbirinin verdiyi məlumata görə, bir neçə kamuflyajlı və maskasız şəxs zala soxularaq, insanları uzaq məsafədən güllələyib və yandırıcı bombalar atıblar.
Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, 3-ü uşaq olmaqla 137 nəfər ölüb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, terror aktı nəticəsində 152 nəfər xəsarət alıb. Martın 24-ü ümummilli matəm günü elan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.