CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dağlıq ərazilərdə qar yağacaq - Proqnoz

© Sputnik / Murad OrujovBakıda buludlu hava, arxiv
Bakıda buludlu hava, arxiv - Sputnik Azərbaycan, 1920, 25.03.2024
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti martın 26-na olan hava proqnozunu açıqlayıb.
BAKI, 25 mart - Sputnik. Martın 26-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0