Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Cəfər Cabbarlı - 125” adlı kitab sərgisi açılıb

© Photo : Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr MuzeyiCəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin zallarından biri, arxiv şəkli
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin zallarından biri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.03.2024
Abunə olmaq
Görkəmli dramaturqun əsərləri, tərcümələri, həyatı və yaradıcılığı haqqında kitabların nümayiş olunduğu sərgi bir həftə davam edəcək.
BAKI, 25 mart - Sputnik. Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə Milli Kitabxanada “Cəfər Cabbarlı - 125” adlı geniş kitab sərgisi açılıb.
Sərgidə müəllifin əsərləri, tərcümələri, həyatı və yaradıcılığı haqqında kitablar Azərbaycan və xarıcı dillərdə nümayış olunur. Sərgi bir həftə davam edəcək.
Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərən görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist, rejissor, əməkdar incəsənət xadimi Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olub.
© Photo : Азербайджанский Государственный Музей ТеатраCəfər Cabbarlı, “Aydın”, 1939
Джафар Джаббарлы, Айдын, 1939 год. Фатма Кадри в роли Гюльтакин. - Sputnik Azərbaycan, 1920, 25.03.2024
Cəfər Cabbarlı, “Aydın”, 1939
C.Cabbarlı ilk şeir, hekayə və dramlarını 1915–1916-cı illərdə yazıb. “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi" və ya "Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın", "Sevil", "Oqtay Eloğlu", "Almaz" və s. pyesləri dramaturqun şah əsərlərindəndir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0