CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılıb - DİN

© iStock.com / vladansHəbs, arxiv
Həbs, arxiv - Sputnik Azərbaycan, 1920, 25.03.2024
Abunə olmaq
Daxili İşlər Nazirliyi ötən gün saxlanılan şəxslər barədə məlumat yayıb.
BAKI, 25 mart - Sputnik. Martın 24-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 14, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0