https://sputnik.az/20240325/beynine-neuralink-implanti-yerlesdirilmis-adam-dusuncenin-gucu-ile-paylasim-edib---mask-463487280.html
Beyninə Neuralink implantı yerləşdirilmiş adam düşüncənin gücü ilə paylaşım edib - Mask
Beyninə Neuralink implantı yerləşdirilmiş adam düşüncənin gücü ilə paylaşım edib - Mask
Sputnik Azərbaycan
Telepatiya cihazı sahibinə düşüncə gücündən istifadə edərək smartfon və ya kompüteri idarə etmək imkanı verir 25.03.2024, Sputnik Azərbaycan
2024-03-25T23:44+0400
2024-03-25T23:44+0400
2024-03-25T23:44+0400
elm
ilon mask
neyrobioloq
çip
implant
cihaz
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426585192_0:0:2000:1125_1920x0_80_0_0_b81936d731dfe913c6e84c8530d88826.jpg
BAKI, 25 mart - Sputnik. ABŞ milyarderi İlon Mask Neuralink bədəninə implant yerləşdirilmiş şəxsin düşüncə gücündən istifadə edərək X sosial şəbəkəsində yazı yazdığını bildirib.Xatırladaq ki, yanvar ayında Mask, insanın beyninə ilk dəfə Neuralink implantı yerləşdirildiyi və onun vəziyyətinin yaxşı olduğunu açıqlayıb.Biznesmenin sözlərinə görə, cihazın işləməsi ilə bağlı əldə edilən ilk məlumatlar ümidverici nəticələr göstərir.Mask daha sonra yazıb ki, yeni Neuralink cihazı Telepatiya (Telepathy) adlanır. O, sahibinə düşüncə gücündən istifadə edərək smartfon və ya kompüteri idarə etmək imkanı verir və ilk növbədə öz bədən üzvlərindən istifadə etmək qabiliyyətini itirmiş insanlar üçün yaradılıb.Bir gün əvvəl implant olan ilk xəstə düşüncələrinin gücü ilə necə şahmat oynadığını nümayiş etdirib. Əvvəllər ABŞ səhiyyə müfəttişləri Maskın Kaliforniya mərkəzində heyvanlar üzərində aparılan təcrübələrin uçotunun aparılması və keyfiyyətə nəzarət ilə bağlı problemlər aşkar etmişdilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426585192_190:0:1967:1333_1920x0_80_0_0_04f76a431e670e2fb3cea6f4dd30c715.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ilon mask, neyrobioloq, çip, implant, cihaz
ilon mask, neyrobioloq, çip, implant, cihaz
Beyninə Neuralink implantı yerləşdirilmiş adam düşüncənin gücü ilə paylaşım edib - Mask
Telepatiya cihazı sahibinə düşüncə gücündən istifadə edərək smartfon və ya kompüteri idarə etmək imkanı verir
BAKI, 25 mart - Sputnik. ABŞ milyarderi İlon Mask Neuralink bədəninə implant yerləşdirilmiş şəxsin düşüncə gücündən istifadə edərək X sosial şəbəkəsində yazı yazdığını bildirib.
"Tarixdə ilk yazı Telepatiya cihazından istifadə edərək, sadəcə düşüncənin gücü ilə hazırlanıb", - deyə Mask qeyd edib.
Xatırladaq ki, yanvar ayında Mask, insanın beyninə ilk dəfə Neuralink implantı yerləşdirildiyi və onun vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
Biznesmenin sözlərinə görə, cihazın işləməsi ilə bağlı əldə edilən ilk məlumatlar ümidverici nəticələr göstərir.
Mask daha sonra yazıb ki, yeni Neuralink cihazı Telepatiya (Telepathy) adlanır. O, sahibinə düşüncə gücündən istifadə edərək smartfon və ya kompüteri idarə etmək imkanı verir və ilk növbədə öz bədən üzvlərindən istifadə etmək qabiliyyətini itirmiş insanlar üçün yaradılıb.
Bir gün əvvəl implant olan ilk xəstə düşüncələrinin gücü ilə necə şahmat oynadığını nümayiş etdirib. Əvvəllər ABŞ səhiyyə müfəttişləri Maskın Kaliforniya mərkəzində heyvanlar üzərində aparılan təcrübələrin uçotunun aparılması və keyfiyyətə nəzarət ilə bağlı problemlər aşkar etmişdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.