https://sputnik.az/20240325/alimler-yemek-qaliqlarini-elektrik-enerjisine-cevirmeyi-teklif-edibler-463228288.html
Alimlər yemək qalıqlarını elektrik enerjisinə çevirməyi təklif ediblər
Alimlər yemək qalıqlarını elektrik enerjisinə çevirməyi təklif ediblər
Sputnik Azərbaycan
Təkliflər Rusiyanın Ətraf Mühitin Mühafizəsi Operatorunun elmi-texniki şurasında təqdim olunub. 25.03.2024, Sputnik Azərbaycan
2024-03-25T21:05+0400
2024-03-25T21:05+0400
2024-03-25T21:05+0400
yemək
dünya xəbərləri
enerji
rusiya
qaz
bioloji
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/02/461028012_0:111:2121:1304_1920x0_80_0_0_dbfd96cd62d1088ce1ad7de802ec89cc.jpg
BAKI, 25 mart — Sputnik. Rusiya alimləri ölkədə üzvi tullantıların - qida qalıqlarının, bitkilərin və digərlərinin parçalanması nəticəsində əldə edilən bioqazla işləyən elektrik stansiyalarının quraşdırılmasını təklif ediblər. Rusiyanın Ətraf Mühitin Mühafizəsi Operatorunun qeyd etdiyi kimi, belə elektrik stansiyaları insanlara bərk məişət tullantılarının daşınması üçün ödənişlərə qənaət etməyə imkan verəcək. Təkliflər Rusiyanın Ətraf Mühitin Mühafizəsi Operatorunun elmi-texniki şurasında təqdim olunub. Bioqaz stansiyaları Avropada geniş yayılıb, onların sayı, təxminən 17 minə yaxındır. Rusiyada, təxminən 4 min belə stansiyaya ehtiyac var. Rusiya istehsalı olan bir bioqaz elektrik stansiyasının gücü ildə 130 min ton üzvi maddəyə çata bilər. Bu, ildə 10,5 milyon kubmetr bioqaz, 25,8 milyon kVt elektrik enerjisi, 26 milyon kVt istilik enerjisi və ya 120 min kubmetr gübrə istehsalı üçün kifayətdir. "Ümumiyyətlə, biz bioqaz qurğularının inkişafını müsbət qiymətləndiririk. Lakin bioqaz qurğularından istifadə təcrübəsini öyrənməli və bu qurğular üçün xammal tədarükündən ötrü logistika zəncirlərini müəyyənləşdirməli, onlardan elektrik enerjisindən istifadə imkanlarını genişləndirməli, torpağın münbitliyini artırmaq üçün üzvi gübrələrdən istifadə məsələlərini müzakirə etməliyik", - "Resurs" assosiasiyasının icraçı direktoru Valeriya Qulimova qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/02/461028012_118:0:2003:1414_1920x0_80_0_0_feab6e5e75139d4953c25ad6824e2e82.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
yemək, enerji, rusiya, qaz, bioloji
yemək, enerji, rusiya, qaz, bioloji
Alimlər yemək qalıqlarını elektrik enerjisinə çevirməyi təklif ediblər
Təkliflər Rusiyanın Ətraf Mühitin Mühafizəsi Operatorunun elmi-texniki şurasında təqdim olunub.
BAKI, 25 mart — Sputnik. Rusiya alimləri ölkədə üzvi tullantıların - qida qalıqlarının, bitkilərin və digərlərinin parçalanması nəticəsində əldə edilən bioqazla işləyən elektrik stansiyalarının quraşdırılmasını təklif ediblər.
Rusiyanın Ətraf Mühitin Mühafizəsi Operatorunun qeyd etdiyi kimi, belə elektrik stansiyaları insanlara bərk məişət tullantılarının daşınması üçün ödənişlərə qənaət etməyə imkan verəcək. Təkliflər Rusiyanın Ətraf Mühitin Mühafizəsi Operatorunun elmi-texniki şurasında təqdim olunub.
"Natiqlər üzvi maddələrin təkrar emalından istilik və elektrik enerjisi istehsal edə bilən bioqaz stansiyalarının yaradılmasında təcrübəyə malikdirlər. Üstəlik, stansiyalar emaldan enerji əldə etməklə özünü təmin edir və kənd təsərrüfatı üçün gübrələr də istehsal edə bilir", - Rusiyanın Ətraf Mühitin Mühafizəsi Operatorunun direktoru general Denis Butsayev bildirib.
Bioqaz stansiyaları Avropada geniş yayılıb, onların sayı, təxminən 17 minə yaxındır. Rusiyada, təxminən 4 min belə stansiyaya ehtiyac var.
Rusiya istehsalı olan bir bioqaz elektrik stansiyasının gücü ildə 130 min ton üzvi maddəyə çata bilər. Bu, ildə 10,5 milyon kubmetr bioqaz, 25,8 milyon kVt elektrik enerjisi, 26 milyon kVt istilik enerjisi və ya 120 min kubmetr gübrə istehsalı üçün kifayətdir.
"Ümumiyyətlə, biz bioqaz qurğularının inkişafını müsbət qiymətləndiririk. Lakin bioqaz qurğularından istifadə təcrübəsini öyrənməli və bu qurğular üçün xammal tədarükündən ötrü logistika zəncirlərini müəyyənləşdirməli, onlardan elektrik enerjisindən istifadə imkanlarını genişləndirməli, torpağın münbitliyini artırmaq üçün üzvi gübrələrdən istifadə məsələlərini müzakirə etməliyik", - "Resurs" assosiasiyasının icraçı direktoru Valeriya Qulimova qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.