Tarixdə bu gün: 24 mart – FOTO
© Sputnik / Elnur Salayev24 mart
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 24 mart — Sputnik. Martın 24-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 24-də kimlər dünyaya gəlib?
Məmməd Səid Ordubadi (1872-1950) - Azərbaycan SSR əməkdar incəsənət xadimi, nasir, şair, dramaturq, jurnalist, publicist, tərcüməçi və yazıçıdır. O, 1930-cu illərdə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi olub. Məmmədin ən məşhur romanları "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı"dır.
© Photo : PUBLIC DOMAINMəmməd Səid Ordubadi
Məmməd Səid Ordubadi
© Photo : PUBLIC DOMAIN
Həsənağa Turabov (1938-2003) - Azərbaycan SSR xalq artisti, teatr və kino aktyorudur. O, "Yeddi oğul istərəm", "Babək", "Axırıncı aşırım", "Dantenin yubileyi", "Bəyin oğurlanması" kimi filmlərdə maraqlı obrazlar yaradıb.
Qənirə Paşayeva (1975-2023) - Azərbaycanın ictimai-siyasi xadimi, jurnalist və şairədir. O, Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış (parlamentin) üzrə deputatı olub.
© Photo : social page of Ganira PashayevaQənirə Paşayeva
Qənirə Paşayeva
© Photo : social page of Ganira Pashayeva
İvan Kozlovski (1900-1993) - Sovet və Rusiya opera müğənnisi, rejissor və SSRİ xalq artistidir.
Aleksandr Buynov (1950) - SSRİ və Rusiya müğənnisi, bəstəkar, şoumen, RF xalq artistidir. Onun ən məşhur mahnıları "Bu oldu", "İki həyat", "Petya kimi rəqs et", "Boş bambuk" və "Acı bal"dır.
© Sputnik / Сергей ПятаковAleksandr Buynov
Aleksandr Buynov
© Sputnik / Сергей Пятаков
Aleksandr Serov (1951) - SSRİ və Rusiya estrada müğənnisi, bəstəkar, RF xalq artistidir. O, bəstəkar İqor Krutoyla əməkdaşlıq edərək "Mən səni göz yaşına qədər sevirəm", "Sən məni sevirsən", "Madonna", kimi məşhur musiqi əsərlər ifa edib.
Martın 20-də dünyada baş verən tarixi hadisələr
1802-ci ildə ingilis ixtiraçısı Riçard Trevitik paravozun istehsalı üçün ilk patent alıb. O, sübut edib ki, parovozun hamar təkərlərinin hamar relslər üzərində sürtünmə qüvvəsi həmçinin yüklənmiş vaqonların qatarını arxasıyla sürükləməsi ilə belə, lokomotivi hərəkət etdirmək üçün kifayətdir.
1882-ci ildə alman mikrobioloq Robert Kox vərəm çöpünü kəşf edib. Vərəm xəstəliyi ilə mübarizədə apardığı tədqiqatlara və inqilabi kəşfinə görə o, 1905-ci ildə fiziologiya və tibb sahəsi üzrə "Nobel" mükafatına layiq görülüb. Robert vərəm çöpü ilə yanaşı, qarayara və vibrion vəba törədicilərini də aşkar edib. 1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı martın 24-nü Ümumdünya Vərəmlə Mübarizə Günü elan edib.
1898-ci ildə ABŞ-da ilk "Ulinton" markalı avtomobil satılıb.
1930-cu ildə çox kiçik Pluton planeti rəsmi adını Oksfordda (İngiltərə) təhsil alan 11 yaşlı məktəbli Venetsia Berni sayəsində alıb.
© AP Photo / NASA/JHUAPL/SwRIPluton
Pluton
© AP Photo / NASA/JHUAPL/SwRI
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.