https://sputnik.az/20240324/son-gunler-yagan-intensiv-yagislar-kend-teserrufatina-nece-tesir-edir-463480289.html
Son günlər yağan intensiv yağışlar kənd təsərrüfatına necə təsir edir?
Son günlər yağan intensiv yağışlar kənd təsərrüfatına necə təsir edir?
Sputnik Azərbaycan
Mütəxəssis qeyd edib ki, havanın temperaturu tumurcuqların məhvinə səbəb ola biləcək qədər mənfi olmayıb. 24.03.2024, Sputnik Azərbaycan
2024-03-24T21:30+0400
2024-03-24T21:30+0400
2024-03-24T21:30+0400
cəmiyyət
hava
kənd təsərrüfatı
kənd təsərrüfatı məhsulları
muğan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426118795_0:160:3073:1888_1920x0_80_0_0_d6f8a7915cffd0af433680fd1dad4d73.jpg
BAKI, 24 mart - Sputnik. Son günlər ölkə ərazisində hava şəraiti mövsümə uyğun olmayaraq əsasən yağıntılı keçir.Kənd təsərrüfatı üzrə mütəxəssis Mirsahib Zəkiyev Report-a bildirib ki, havanın nisbətən yağmurlu və soyuq keçməsi mart ayı üçün xarakterik haldır. Belə aqrometoroloji şəraitin kənd təsərrüfatı sisteminə çox böyük xeyri vardır və heç bir mənfi təsiri gözlənilmir.Mütəxəssis qeyd edib ki, havanın temperaturu tumurcuqların məhvinə səbəb ola biləcək qədər mənfi olmayıb. Həmçinin yağmurlu hava şəraitinin taxılçılıq və dənli paxlalı bitkilərin əkinlərinə böyük faydası vardır. Habelə yazlıq bitkilərin əkinləri üçün şumlanmış sahələrin əkin qatında nəmliyin və rütubətin toplanmasına şərait yaradır.M. Zəkiyevin sözlərinə görə, Muğan zonasında, xüsusilə dəmyə şəraitində əkilən taxıl sahələrində intensiv yağışlardan sonra xüsusi canlanma müşahidə olunmaqdadır.Qeyd edək ki, hələ bir neçə gün də analoji hava şəraitinin müşahidə olunacağı proqnozlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426118795_170:0:2901:2048_1920x0_80_0_0_a4e02b6535fe169b066a897073495821.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hava, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsulları, muğan
hava, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsulları, muğan
Son günlər yağan intensiv yağışlar kənd təsərrüfatına necə təsir edir?
Mütəxəssis qeyd edib ki, havanın temperaturu tumurcuqların məhvinə səbəb ola biləcək qədər mənfi olmayıb.
BAKI, 24 mart - Sputnik. Son günlər ölkə ərazisində hava şəraiti mövsümə uyğun olmayaraq əsasən yağıntılı keçir.
Kənd təsərrüfatı üzrə mütəxəssis Mirsahib Zəkiyev Report-a bildirib ki, havanın nisbətən yağmurlu və soyuq keçməsi mart ayı üçün xarakterik haldır. Belə aqrometoroloji şəraitin kənd təsərrüfatı sisteminə çox böyük xeyri vardır və heç bir mənfi təsiri gözlənilmir.
Mütəxəssis qeyd edib ki, havanın temperaturu tumurcuqların məhvinə səbəb ola biləcək qədər mənfi olmayıb. Həmçinin yağmurlu hava şəraitinin taxılçılıq və dənli paxlalı bitkilərin əkinlərinə böyük faydası vardır. Habelə yazlıq bitkilərin əkinləri üçün şumlanmış sahələrin əkin qatında nəmliyin və rütubətin toplanmasına şərait yaradır.
M. Zəkiyevin sözlərinə görə, Muğan zonasında, xüsusilə dəmyə şəraitində əkilən taxıl sahələrində intensiv yağışlardan sonra xüsusi canlanma müşahidə olunmaqdadır.
Qeyd edək ki, hələ bir neçə gün də analoji hava şəraitinin müşahidə olunacağı proqnozlaşdırılır.