Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

Rusiyada ümummilli matəm başlayıb

© Sputnik / Алексей Майшев / Mediabanka keçidRusiyada ümummilli matəm başlayıb
Rusiyada ümummilli matəm başlayıb - Sputnik Azərbaycan, 1920, 24.03.2024
Abunə olmaq
Crocus City Hall-da törədilən terror aktı nəticəsində 133 nəfər həlak olub, 152 nəfər yaralanıb.
BAKI, 24 mart - Sputnik. Bazar günü, martın 24-də Rusiyada Moskva yaxınlığındakı Crocus City Hall-da baş vermiş terror aktı qurbanları üçün ümummilli matəm elan edilib.
Ölkədə dövlət bayraqları endirilib, mədəniyyət ocaqlarına əyləncə tədbirlərini ləğv etmək tövsiyə olunub. Federal televiziya kanalları əyləncə proqramlarını və reklamları efirdən çıxararaq yayım cədvəlini dəyişdiriblər.
Böyük Britaniya və Avstraliyanın Moskvadakı səfirliklərində dövlət bayraqları yarıya endiriləcək. BƏƏ-də planetin ən hündür binası - Bürc Xəlifə qülləsi Rusiya bayrağının rənglərinə boyanıb. Fasadda ərəb və ingilis dillərində “Birləşmiş Ərəb Əmirlikləri Rusiyanı dəstəkləyir” yazısı var. Bundan əlavə, Əmirliyin səlahiyyətliləri ölkənin ən simvolik yerlərini üçrəngli rənglə işıqlandırıblar.
Moskva yaxınlığındakı Crocus City Hall binasında terrorçuların dinc əhaliyə atəş açmasından bir gün sonra Rusiya prezidenti Vladimir Putin milli matəm elan edib. O, kütləvi atışma nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verib.
22 mart 2024-cü ildə Moskva yaxınlığındakı Crocus City Hall-da terror aktı törədilib. Bir neçə nəfər terrorçu dinc sakinlərə atəş açıb və cinayətkarların hərəkətləri nəticəsində konsert zalının binasında genişmiqyaslı yanğın baş verib.
Crocus City Hall-da törədilən terror aktı nəticəsində 133 nəfər həlak olub, 152 nəfər yaralanıb. Ölənlər arasında üç uşaq da var.
Rusiya Federal Təhlükəsizlik Xidməti terror aktı ilə bağlı 11 nəfərin, o cümlədən terrorda birbaşa iştirakda şübhəli bilinən 4 nəfərin saxlanıldığını açıqlayıb. Saxlanılma Bryansk vilayətində baş verib.
Xəbər lenti
0